SON XƏBƏRLƏR

Gido Vestervelle: “Biz İranın nüvə silahına yiyələnməsinə imkan verə bilmərik, verməyəcəyik də”

2021.10.20, 07:36
Gido Vestervelle: “Biz İranın nüvə silahına yiyələnməsinə imkan verə bilmərik, verməyəcəyik də”

Gunaz.tv

GünAz TV: Almaniyanın xarici işlər naziri Gido Vestervelle İranın apardığı nüvə fəaliyyətindən və beynəlxalq ictimaiyyətin buna münasibətindən danışıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə,  mayın 3-də jurnalistlərə açıqlama verən Gido Vestervelle deyib ki, İranın apardığı nüvə fəaliyyəti böyük təhlükədir və Almaniya bunu dayandırmaq üçün İsrailə dəstək verəcək: “Biz İranın nüvə silahına yiyələnməsinə imkan verə bilmərik, verməyəcəyik də. İranın nüvə silahının istehsalı niyyətində olmaması barədə tutarlı və təsdiq olunmuş bir təminat verməsini tələb edirik. Çünki İranın nüvə proqramı nəinki İsrailə, hətta bütün bölgəyə qarşı böyük təhlükədir. İran hakimiyyəti həmişə İsraili məhv edəcəyini bildirib. Məhz həmin səbəbə görə də Almaniya İsrailin yanında olduğunu, bu ölkəyə dəstək verəcəyini bildirir”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar