SON XƏBƏRLƏR

OPEC: “İranın neft istehsalının həcmi daha 142 min barel azalıb”

2021.10.20, 07:36
OPEC: “İranın neft istehsalının həcmi daha 142 min barel azalıb”

Gunaz.tv

GünazTV: Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iyulun 11-də yaydığı aylıq yeni hesabatına görə, İranın iyun ayında əvvəlki ayla müqayisədə neft istehsalının həcmi daha 142 min barel azalaraq, 2 milyon 225 min barelə düşüb.

 

Yeni hesabatda bildirilir ki, Amerikanın Tehrana qarşı sanksiyalarının tətbiq edilməsindən əvvəl İranın gündəlik neft istehsalının həcmi 3 milyon 800 min barel təşkil edirdi.

 

Həmçinin qeyd olunur ki, Amerika embarqosundan əvvəl İranın gündəlik neft ixracatı 2 milyon 500 min barel təşkil edirdisə, hazırda bu rəqəm xeyli azalaraq 300 min bareldən aşağı düşüb. Bu isə dünya neft bazarında İran neftinin müştərisiz qalması ilə əlaqələndirilir.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar