SON XƏBƏRLƏR

GünAz TV-nin növbəti verilişində Sabir Rüstəmxanlının ittihamlarına cavab veriləcək

2021.10.20, 07:36
GünAz TV-nin növbəti verilişində Sabir Rüstəmxanlının ittihamlarına cavab veriləcək

Gunaz.tv

GünAz TV: Gələn həftə GünAz TV-ni İranın SƏHƏR Telekanalı ilə müqayisə edən Sabir Rüstəmxanlının ittihamlarına cavab veriləcək.

 

GünAz TV rəhbəri Əhməd Obalı 2012-ci il mayın 10-u (1391-ci il ordibeheştin 21-i) Bakı vaxtı ilə saat 20:45-də GünAz TV-də yayımlanacaq verilişdə, irəli sürülən İttihamlara münasibət bildirəcək.

 

Qeyd edə ki, bir neçə gün öncə ANS TV-də yayımlanan teleaparıcı Qenirə Ataşovanın “Əhate Dairesi” verilişinde, DAK-ın (Dünya Azərbaycanlılar Konqresi) bir qolunun həmsədri Sabir Rüstemxanlı DAK ətrafında məsələlərdən danışarkən, GünAz TV rəhbəri və eyni halda DAK-ın digər qolunun həmsədri Əhməd Obalının ünvanına bəzi ittihamlar səsləndirib. Rüstəmxanlı GünAz TV-ni Azərbaycan Cümhuriyyətində yayımlanan və əsasən təxribatçı proqramları ilə tanınan İranın SƏHƏR Telekanalı ilə müqayisə edib və onların bəzən bir-birindən seçilmədiyini iddia edib.

Sözü gedən ittihamlara mayın 10-da (ordibeheştin 21-də) GünAz TV ekranında münasibət bildiriləcək.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar