SON XƏBƏRLƏR

Türkiyədə Güney Azərbaycan müzakirə olunacaq

2021.10.20, 07:36
Türkiyədə Güney Azərbaycan müzakirə olunacaq

Gunaz.tv

GünAz TV: Bu gün Bakıda “Güney Azərbaycan Türklərinin I Forumu”ilə bağlı mətbuat konfransı keçirilib.

Bu gün Türkiyənin Ankara şəhərində keçiriləcək “Güney Azərbaycan Türklərinin I Forumu”nun Azərbaycan üzrə təmsilçisi Aynur İmranova və bu məsələ ilə maraqlanan Güney Azərbaycan sevən insanlar mətbuat konfransı keçiriblər.

GünAz TV mərkəzinin ANN.Az-a istinadən yaydığı məlumata görə,  Konfrans Forumun Azərbaycanda bir daha tanıdılması məqsədi daşıyıb. Konfransı giriş sözü ilə açan Aynur İmranova Forumun təşkilatçısı Azərbaycan İzmir Kültür dərnəyinin başqanı Cemal Mehmethanoğlunun salamlarını mətbuat işçilərinə çatdırıb. Konfransda çıxış edən hər kəs mövzunun və tədbirin vacibliyini vurğulayıb və qeyd ediblər ki, bu gün GüneyAzərbaycanın haqq səsini dünyaya çatdırmaq hər birimizin ən ümdə vəzifəsi, borcudur. Forumda Milli Konqresin yaradılması məsələsinin də gündəmdə olduğunu bildiriən çıxışçılar bu hadisənin Azərbaycan tarixində müstəsna əhəmiyyəti ola biləcəyini də vurğulayıblar. Mətbuat Konfransının sonunda Media üçün açıqlama yayılıb.

Qeyd edək ki,, “Beynəlxalq Azərbaycan Türkləri 1. Forumu” 12-13 May 2012 tarixində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.

Foruma, Türkiyədən, Azərbaycandan və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, elm adamları, sənətçilər, diaspor təşkilatları, partiyalar, Qeyri Rəsmi Hökumət təşkilatlarının nümayəndələri, sənət adamları və Güney Azərbaycan Türklərinin Gerçək Dostları dəvət edilib.

Foruma 500-dən çox iştirakçının qatılması gözlənilir.

Forumumuzun məqsədləri aşağıdakılardır:

• Güney Azərbaycan Türklərinin milli problemlərini danışmaq, həll yolları axtarmaq.

 • Güney Azərbaycan Türklərinin varlığını və milli mübarizələrini bütün dünyaya daha təsirli bir şəkildə çatdırmaq

 • Gələcəkdə, bölgəmizdə gözlənilən, ola biləcək hadisələr qarşısında, Güney Azərbaycan Türklərinin, İraqda Kərkük Türkləri kimi diqqətdən kənarda qalmamaları üçün, dünyanın diqqətini, İran ilə birlikdə Güney Azərbaycan türklərinə çevirmək.

• Güney Azərbaycan Milli təşkilatlarını bir araya gətirərək, güc və hərəkət birliyi yarada bilmə şərtlərini meydana gətirmə.

• Güney Azərbaycan Türklərinin milli və insani problemlərinin daimi olaraq, beynəlxalq platformalarda dilə gətirməsi, müdafiəsi üçün, dünya Azərbaycanlılarından və Azərbaycan Türklərinin dostlarından ibarət olan, MİLLİ AZƏRBAYCAN Şurası adlı bir təşkilat yaratmaq.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar