SON XƏBƏRLƏR

Dağıstanda dəhşətli terror olub, ölənlər var

2021.10.20, 07:36
Dağıstanda dəhşətli terror olub, ölənlər var

Gunaz.tv

GünAz TV: Dağıstanın paytaxtı Mahaçqalada dünən axşam saatlarında terror aktı törədilib.

Şəhərin ayrı-ayrı yerlərində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 12-yə çatıb. 90 nəfərdən çox insanın yaralandığı bildirilir.

Ria Novostinin yerli polis rəsmilərinə istinadən verdiyi məlumata görə, ilk partlayış yerli vaxtla saat 22:20-də polis idarəsinin yaxınlığında baş verib. Əraziyə təhlükəsizlik qüvvələri və xilasedicilərin gəlməsindən 10 dəqiqə sonra ikinci partlayış olub.

Ölən və yaralıların ikinci partlayışdan sonra artdığı bildirilir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar