SON XƏBƏRLƏR

BMT-dən Azərbaycana dəstək

2021.10.20, 07:36
BMT-dən Azərbaycana dəstək

Gunaz.tv

GünAz TV: “Birləşmiş Millətlər “əvvəlki kimi ölkə əhalisi üçün çiçəklənən və demokratik gələcək quruculuğunda Azərbaycanın səylərini dəstəkləyəcək”.

Bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Pan Gi Mun bəyan edib. Nyu-Yorkda ölkənin BMT-yə daxil olmasının 20 illiyi münasibətilə keçirilən rəsmi qəbulda baş katib Azərbaycan hökumətini və xalqını bu tarix, eləcə də Təhlükəsizlik Şurasına (TŞ) sədrliyə başlaması münasibətilə təbrik edib.

 Onun sözlərinə görə, Azərbaycan sivilizasiyalar  alyansının (təməddünlər ittifaqı) fəal üzvüdür, ölkə məsələlərin ən geniş dairəsində, yəni postmünaqişə quruculuğundan davamlı inkişafadək BMT sisteminin müəssisə və fondları ilə əməkdaşlıq edir. Baş katib əlavə edib ki, 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvlüyünə seçilən Azərbaycan beynəlxalq birliyin sülhün və təhlükəsizliyin dəstəklənməsi üzrə səylərinin mərkəzindədir.

 Pan Gi Mun bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən TŞ-nin “Terror aktlarının doğurduğu beynəlxalq sülh və təhlükəsizlik təhdidləri” adlı açıq iclasının əhəmiyyətini qeyd edib. O xatırladıb ki, iyunda (June) Baş Assambleya (gənəl kurul, məcmə-i ümumi) üçüncü dəfə BMT-nin qlobal (kürəsəl) əks-terror strategiyasının icmalını aparacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar