SON XƏBƏRLƏR

İran məsulları Azərbaycanın “Məqbərətül şüəra”sını sahibsiz itlərin sığınacağına çevirib – GÖRÜNTÜ

2021.10.20, 07:36
İran məsulları Azərbaycanın “Məqbərətül şüəra”sını sahibsiz itlərin sığınacağına çevirib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Sözdə ölkənin mədəni qütblərindən birinə çevriləcəyi ilə bağlı vəd verilən Təbrizin “Məqbərətül şüəra”sı (“Şairlər məqbərəsi”) məsulların laqeyd münasibəti nəticəsində sahibsiz itlərin sığınacağına çevrilib.

 

Bu barədə “Fars” xəbər agentliyinin Təbrizdən olan müxbiri məlumat yayıb.

“Məsulların laqeydliyi nəticəsində bu gün “Məqbərətül şüəra” itlər sığınacağına çevrilib. İtlər bu mədəniyyət məkanında gəzişir, onların səs-küyü və hürməsi bir an da olsun belə kəsilmir. Ərazidə itlərin nəcisi və natəmizlik baş alıb gedir.

Düşünürəm ki, Təbriz tarixin heç bir dövründə, hətta mühasirə, quraqlıq və zəlzələ baş verdiyi zaman da belə acınacaqlı vəziyyətə şahid olmayıb.”- deyə məlumatda qeyd olunub.

 

“Məqbərətül şüəra”da tikinti işlərinə 6 il əvvəl başlanıb. Şeir və ədəbiyyat muzeyinin tikilməsi şüarı altında başlayan layihə 15 ay ərzində istifadəyə verilməli idi, lakin bu günə qədər təhvil verilməyib. Tikiləcək kompleksin “Qacar muzeyi”nə böyük bir ərazini əhatə edəcəyi bildirilmişdir.

 

2017-ci ildə Təbrizin keçmiş və yeni bələdiyyə başçıları Sadiq Nəcəfi və İrəc Şəhin Baher kompleksin bir neçə ay ərzində təhvil veriləcəyi barədə qəti söz vermişdir, lakin verilən vədlər yenə də yerinə yetirilmədi.

 

Azərbaycanın “Məqbərətül şüəra”sının son vəziyyətini aşağıdakı görüntülərdən müşahidə edə bilərsiniz.

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar