SON XƏBƏRLƏR

ABŞ-dan Yunanistana xəbərdarlıq: “İranın neft tankerinə yardım etmək, xarici terrorçu təşkilatlara yardım kimi sayıla bilər”

2021.10.20, 07:36
ABŞ-dan Yunanistana xəbərdarlıq: “İranın neft tankerinə yardım etmək, xarici terrorçu təşkilatlara yardım kimi sayıla bilər”

Gunaz.tv

GünazTV: Amerika Dövlət Departamentinin bir rəsmisi avqustun 19-da “Röyters” agentliyinə açıqlamasında Yunanistan hökumətindən bu ölkəyə doğru hərəkətdə olan İranın “Adrian Dərya 1” (keçmiş Grace 1” neft tankerinə yardım etməməyə çağırıb.

 

Adının açıqlanmasını istəməyən Amerika rəsmisi ölkəsinin İran tankeri ilə bağlı kəskin mövqeyini şərh edərək Yuninistana xəbərdarlıq edib: “Yunanistanın İranın neft tankerinə hər hansı bir yardım etməyə cəhdi, bu ölkənin xarici terrorçu təşkilatlara yardımı kimi sayıla bilər. Belə bir addımın Yunanistan üçün sonrakı fəsadları da ola bilər.

 

Bu tanker Suriyaya neft daşımaqla İran İnqilab Keşikçilər Korpusu olan “Sepah”a” yardım etməkdədir. Amerika Bİrləşmiş Ştatları isə “Sepah”ı terrorçu bir təşkilat kimi tanıyır” –deyə adını açıqlamayan ABŞ Dövlət Departamentinin rəsmisi əlavə edib.

 

İranın “Grace 1” (hazırkı “Adrian Dərya 1) neft tankeri 45 gün Cəbəlüttariqdə saxlandıqdan sonra bir neçə gün əvvəl azad edilib. Gəmi hazırda Yunanistana doğru hərəkət edir və onun bu ölkənin Kalamata limanında lövbər salacağı təxmin edilir.

 

 Xatırladaq ki, iyulun 3-də Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri və Cəbəlüttariq hökumətinin rəsmiləri İranın qanunsuz olaraq Suriyaya neft daşıyan “Grace 1” adlı gəmisini saxladıqları barədə məlumat yayıblar.

 

 

İyulun 19-da isə “Sepah” terror təşkilatının körfəzdəki sürət qayıqları cavab olaraq, Hörmüz boğazında üzən  Britanıyaya məxsus “Stena İmpero” adlı tankeri saxlayıblar. “Sepah”, Britaniya tankerini beynəlxalq dənizçilik qanunlarını pozduğuna görə saxladığını bəyan edib.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar