SON XƏBƏRLƏR

Ketrin Eşton İranın nüvə proqramı ilə əlaqədar İsrailə səfər edəcək

2021.10.20, 07:36
Ketrin Eşton İranın nüvə proqramı ilə əlaqədar İsrailə səfər edəcək

Gunaz.tv

Ketrin Eşton İranın nüvə proqramı ilə əlaqədar İsrailə səfər edəcəkGünazTV: Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton İranın nüvə proqramı ilə bağlı Qüdsə səfər edəcək.

 

İsrailin “Haaretz” qəzetiinin xəbərinə görə, K. Eşton İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək, İranla “altılıq” ölkələri arasında müzakirələrin gedişi barədə məlumat verəcək, həmçinin İsraili İranla aparılan danışıqların əleyhinə çıxışlardan daşındırmağa çalışacaq. Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında keçirilən İstanbul görüşündən sonra İsrailin xarici işlər nazirinin müavini Dani Ayalon müzakirələri müvəffəqiyyətsiz görüş adlandıraraq, bunun zaman itkisi olduğunu bildirib.

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar