SON XƏBƏRLƏR

"Human Rights Watch" Suriyanı hərbi cinayətlərdə günahlandırdı

2021.10.20, 07:36
"Human Rights Watch" Suriyanı hərbi cinayətlərdə günahlandırdı

Gunaz.tv

GünAz TV: Beynəlxalq hüquq-müdafiə təşkilatı "Human Rights Watch" Suriya rəhbərliyini hərbi cinayətlər törətməkdə ittiham edib.

Təşkilatın yaydığı ən son hesabatda Suriyada mülki şəxslərin hərbçilər, polislər və hökumət qüvvələri tərəfindən həbs edilməsi, işgəncələrə məruz qalması və edam edilməsi kimi hallar barədə məlumat verilir. "Getdiyimiz hər yerdə yandırılmış və dağıdılmış evlər gördük, hər kəsdən qohumlarının öldüyünü eşitdik.

 Sanki Suriya hökumət qüvvələri atəşkəsdən əvvəlki dəqiqələrin hər birindən zərər vurmaq üçün istifadə etmişdi", - "Human Rights Watch" təşkilatının tədqiqatçısı Anna Naystat belə deyib. Təşkilatın hesabatına görə, təkcə Suriyanın şimalındakı İdlib əyalətinə hücum zamanı 95 dinc sakin öldürülüb, yüzlərlə ev dağıdılıb. Suriya hökuməti hələ bu hesabata dair şərh verməyib. Daha əvvəl isə ölkə rəhbərliyi bəyan etmişdi ki, xaricdən dəstəklənən döyüşçülər dinc sakinləri öldürür və hökumət qüvvələrinə hücum edirlər.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar