SON XƏBƏRLƏR

Əfqanıstanda hücumlar səngimək bilmir

2021.10.20, 07:36
Əfqanıstanda hücumlar səngimək bilmir

Gunaz.tv

GünAz TV: Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, çərşənbə günü ölkənin şərqində hökumət binasına intiharçı və silahlı şəxslərin etdiyi hücum zamanı bir qadın və uşaq da olmaqla, 9 nəfər yaralanıb.

 

İntiharçılar bombaları silahlılar binaya daxil olmazdan əvvəl, binanın girəcəyində partladıb. Hücum Cəlalabad şəhərində insanların 10 gündən sonra Əfqanıstanda keçiriləcək prezident seçkilərində səs vermələri üçün şəxsiyyət vəsiqələrinın verildiyi mərkəzdə həyata keçirilib.

 

"Əfqanıstanın təhlükəsizlik qüvvələri binanı mühasirəyə alıb və hücumun qarşısını almaq üçün silahlılarla qarşı-qarşıya gəlib" - deyə, Nanqarhar vilayəti şurasının üzvü Zöhrab Qaderi bildirib.

Hücuma görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.

 

Birləşmiş Ştatların başçılığı ilə 2001-ci ildə İslamçı Taliban hakimiyyəti devrildikdən sonra seçkilərin yaxınlaşdığı günlər Əfqanıstanda təhlükəsizik tədbirləri gücləndirilir. Birləşmiş Ştatlarla Taliban arasında sülh danışıqları dayandırıldıqdan sonra üsyançılar seçkilərə zorakılıqlar yolu ilə mane olacaqlarına and içib. “Amerikanın səsi”

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar