SON XƏBƏRLƏR

Ermənilər Azərbaycanla sərhəddəki kəndlərdən qaçırlar

2021.10.20, 07:36
Ermənilər Azərbaycanla sərhəddəki kəndlərdən qaçırlar

Gunaz.tv

Ermənilər Azərbaycanla sərhəddəki kəndlərdən qaçırlarGünazTV: Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında yerləşən erməni kəndləri boşalmağa başlayıb, sakinlər evlərini tərk edirlər.Məlumata görə, son bir həftə ərzində Tauş vilayətinin Dovex kəndini 4, Ayqepar kəndini 2, Berkaber kəndini isə 4 ailə tərk edib. Erməni ailələrinin evlərini tərk etmələrinin son vaxtlar cəbhənin bu istiqamətində gedən intensiv döyüşlərlə əlaqədar olduğu bildirilir. Qeyd edək ki, aprelin 20-dən etibarən Ermənistan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax və Tovuz rayonları istiqamətində aktivləşməsi müşahidə olunub. Ötən həftə ərzində Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhənin qeyd olunan istiqamətində qarşı tərəfin 10-a yaxın təxribat cəhdinin qarşısı alınıb. Ermənistan Ordusu xeyli canlı qüvvə və hərbi texnika itirib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar