SON XƏBƏRLƏR

Klinton İran və Quzey Koreya ilə bağlı Çinə səsləndi

2021.10.20, 07:36
Klinton İran və Quzey Koreya ilə bağlı Çinə səsləndi

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) rəsmisi bu ölkənin İran və Quzey Koreyaya qarşı təzyiqlərə qoşulmasını istəyir.

ABŞ dövlət katibi Hilari Klinton Çini İran, Quzey Koreya və digər gərgin məntəqələrəmtəzyiqi artırmaqda kömək etməyə çağırıb. Çində səfərdə olan xanım Klinton 2-günlük “ABŞ-Çin Strateji və İqtisadi Dialoq” adlı forumun açılış mərasimindəki nitqində Çini insan haqlarına hörmət etməyə də çağırıb, lakin bu yaxınlarda ev həbsindən qaçaraq Çindəki ABŞ səfirliyinə sığınan dissident Çen Quançenin adını çəkməməyə çalışıb.

İki ölkə arasında münasibətlərin gərginləşməsinə baxmayaraq, Hilari Klinton bildirib ki, Birləşmiş Ştatlar Çinin İran və Quzey Koreyanın nüvə fəaliyyətinin qarşısını almaqda və Suriya hökumətinə təzyiq göstərməkdə kömək edəcəyinə ümid edir. “Birləşmiş Ştatlar və Çini İranın nüvə silahı əldə etməsinin qarşısını almaq kimi bir məqsəd birləşdirir. İranın öz beynəlxalq öhdəliklərini yerinə yetirməməsi və öz nüvə fəaliyyətinin dinc məqsədlərə xidmət etdiyini sübut etməsi üçün birlikdə təzyiqləri davam etdirməliyik”, – Hilari Klinton belə deyib.

Qeyd edək ki, Çin İranın xam neftinin ən böyük idxalçısıdır və ABŞ-ın İrana qarşı sanksiyalar (təhrimlər) təkidinə rədd cavab verib. Çin həmçinin Vaşinqtonun və Asiya dövlətlərinin onun yaxın müttəfiqi olan Quzey Koreyaya da təzyiq göstərmək çağırışlarına da rədd cavabı verib. QayNar

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar