SON XƏBƏRLƏR

Avropa Yayım İttifaqı: Ermənistan “Eurovision”la bağlı cərimə ödəməlidir

2021.10.20, 07:36
Avropa Yayım İttifaqı: Ermənistan “Eurovision”la bağlı cərimə ödəməlidir

Gunaz.tv

GünAz TV: Ermənistan mayın sonunda Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməkdən imtina etdiyinə görə cərimə olunub.

Avropa Yayım İttifaqı (AYİ) belə qərar qəbul edib.

GünAz TV: Ermənistan üzvlük haqqını ödəməli və üzvlük haqqının 50 faizi ölçüsündə cərimə verməli olacaq.

Ödəmələrin məbləği dəqiqləşdirilmir, deyilir İTAR-TASS agentliyinin məlumatında.

Bundan başqa, Ermənistan İctimai Televiziyası mahnı müsabiqəsinin final hissəsini “canlı və fasiləsiz” nümayiş etdirməlidir.

Əks təqdirdə, Ermənistan “Eurovision-2013” mahnı müsabiqəsində iştirak etmək hüququndan məhrum oluna bilər.

“Mövcud reqlamentə əsasən, müəyyən müddət keçdikdən sonra müsabiqədə iştirak etmək istədiyini elan etmiş ölkə qərarını dəyişə bilməz”, - izah edib AYİ təmsilçisi Annika Nyberg Frankenhaeuser.

Onun sözlərinə görə, qərar qəbul edilərkən Yerevanın öz nümayəndələrini Bakıya göndərməkdən imtina etməsinin səbəbləri nəzərə alınmayıb.

Fevralın (February) 24-də bir qrup Ermənistan estrada müğənniləri (pap xanəndələri) adından Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etməkdən imtina etdikləri haqqında bəyanat yayılıb.

Bu addıma onları bir gün əvvəl sərhəddə “Azərbaycan tərəfinin snayper (təktirəndaz) gülləsindən Ermənistan əsgərinin öldürülməsi” vadar etdiyi bildirilirdi.

Çərşənbə axşamı mətbuat konfransında AYİ-nin baş direktoru Ingrid Deltenre “bu addımın İttifaqın qaydalarına zidd” olmadığını bildirib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar