SON XƏBƏRLƏR

Braziliyada İran diplomatına silahlı hücum olub

2021.10.20, 07:36
Braziliyada İran diplomatına silahlı hücum olub

Gunaz.tv

GünAz TV: İran İslam Cümhuriyyətinin Braziliyadakı səfirliyində çalışan diplomat silahlı hücuma məruz qalıb.

 

hadisə kimliyi məlum olmayan 3 nəfər tərəfindən gecə saatlarında səfirliyin önündə baş verib. Bu barədə APA “Fars” xəbər agentliyinə istinadən xəbər yayıb.

 

Xəbərdə bildirilir ki, hadisəni törədən şəxslər İran diplomatının avtomobilini oğurlamaq istəyiblər. Lakin diplomat müqavimət göstərərkən oğrular ona atəş açıb. Nəticədə diplomat yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar