SON XƏBƏRLƏR

PKK terror təşkilatı ilə bağlı yeni iddia

2021.10.20, 07:36
PKK terror təşkilatı ilə bağlı yeni iddia

Gunaz.tv

GünAz TV: İranın Fars xəbər agentliyi Yunan Kiprinin (Güney Qıbrıs) PKK və PJAK-a böyük dəstək verməsi ilə bağlı şok iddia ilə çıxış edib.

GünAz TV mətbuat mərkəzinin Publika.Az-a istinadən yaydığı məlumata görə, agentlik Türkiyənin İrandakı səfiri Ümid Yardımın müsahibəsində bu barədə faktlar (gərçək, sənəd) açıqladığını bildirib.

Agentliyin fars xidmətinin verdiyi məlumata görə, səfir bildirib ki, PKK lideri Abdullah Öcalan yunan pasportu ilə Keniyanın Yunanıstan səfirliyində ələ keçib:

"İsrail Güney Kipri dəstəkləyərək, bölgə ölkələri ilə Türkiyəni təzyiq altında saxlamağa çalışır. Kipr məsələsi Fələstin məsələsi ilə eynidir. Bölgə ölkələri Kipr, Qarabağ və Fələstin probleminə daha çox önəm verməlidirlər. Son zamanlar İsraillə Güney Kipr arasındakı hərbi əməkdaşlıq artmağa başlayıb. Bu ölkələr Aralıq dənizindəki təbii sərvətlərdən öz maraqları naminə istifadə etmək niyyətindədirlər".

Ümid Yardım müsahibəsində İsrailin Cənubi Kipr vasitəsilə PKK və PJAK-a dəstək verdiyini deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar