SON XƏBƏRLƏR

Ərdəbildən olan “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər – VİDEO

2021.10.20, 07:36
Ərdəbildən olan “Traxtur” tərəfdarları yardım etmək üçün zəlzələ bölgəsinə gediblər – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil şəhərindən olan “Traxtur” futbol komandasının tərəfdarları zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədi ilə təbii fəlakət bölgəsinə gediblər.


Onlar təbii fəlakətdən zərərçəkənlərə yardım etməklə yanaşı hadisə yerindən video və görüntülər də yayıb.


Vərənkeş kəndində çəkilən bir videoda fəallar əhalinin ehtiyaclarını sadalayıb. Onlar zəlzələ bölgəsində yemək, içməli su, qızınmaq üçün vasitələr, geyim, dava-dərman və s. kimi yardımlara ehtiyac olduğunu bildirib.


Videonu olduğu kimi buradan izləyə bilərsiniz:

https://www.youtube.com/watch?time_continue=30&v=4DZa_VEoq_8&feature=emb_logo


Qeyd edək ki, Şərqi Azərbaycanda baş verən dağıdıcı zəlzələ bölgəsində ağır vəziyyət hökm sürür. Dövlətin bölgəyə etdiyi yardım heç nəyi həll etmir. Sarabda istilik vasitələri olmadığı üçün çadırda qalanlardan ikisi dəm qazından zəhərlənərək ölüb. Soyuq hava şəraiti bölgədəki vəziyyəti daha da ağırlaşdırıb.


N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar