SON XƏBƏRLƏR

Suriyada ərzaq tükənir

2021.10.20, 07:36
Suriyada ərzaq tükənir

Gunaz.tv

GünAz TV: Suriyada aclıq başlayır. Məlumata görə, ölkə əhalisi ciddi ərzaq çatışmazlığı ilə üzləşməyə başlayıb.

 

Ümumdünya Ərzaq Proqramının nümayəndəsi Abir Etif deyib ki, hər gün yarım milyondan çox insan yemək tapmağa çətinlik çəkir. Bu barədə Lent.az “mignews.com” saytına istinadən məlumat yayıb.

 

O, Ümumdünya Ərzaq Proqramının Suriyada fəaliyyətini sürətlə genişləndirməsinin zəruri olduğunu bildirib. Yarıya qədər dağıdılmış Hums şəhərində insanlar saatlarla çörək növbəsində dayanmaq məcburiyyətindədirlər. Tərəvəz və ət nadir hallarda tapılır. Döyüş bölgələrini tərk etmiş 200 minə yaxın insan da qida tapmaqda çətinliklə üzləşirlər. Digər tərəfdən, yanacağın qiymətinin artması və çatışmaması səbəbindən ərzaq məhsullarının qiyməti 20-80 faiz artıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar