SON XƏBƏRLƏR

Ayın sonuna kimi Suriyaya 300 müşahidəçi göndəriləcək

2021.10.20, 07:36
Ayın sonuna kimi Suriyaya 300 müşahidəçi göndəriləcək

Gunaz.tv

GünAz TV: Mayın sonuna kimi BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Suriyadakı hərbi müşahidəçilərinin sayı 300-ə çatdırılacaq.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, Bu barədə jurnalistlərə BMT-nin Baş Katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Erve Ladsus deyib.

 

O bildirib ki, hal hazırda BMT-nin 24 hərbi müşahidəçisi Suriyada atəşkəs rejiminə riayət olunmasına nəzarət edir. Müşahidəçilərin sayının az olmasına baxmayaraq onların ölkədə olması Suriyadakı münaqişə bölgələrində zorakılığın azalmasına səbəb olub.

 

 Ladsus qeyd edib ki, yaxın vaxtlarda rəsmi Dəməşqlə BMT müşahidəçilərinin helikopter və təyyarələrdən istifadə etməsinin şərtləri müzakirə olunacaq. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar