SON XƏBƏRLƏR

Novruz Məmmədov: "Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb"

2021.10.20, 07:36
Novruz Məmmədov: "Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb"

Gunaz.tv

GünAz TV: Novruz Məmmədovun sözlərinə görə, rəsmi Bakı Dağlıq Qarabağ məsələsində Qərbdən dəstək gözləyir.

"Azərbaycan, xüsusən, qonşu Ermənistanla Dağlıq Qarabağ münaqişəsi məsələsində daha geniş dəstək almayacağı təqdirdə, qərbyönümlü mövqeyini yenidən nəzərdən keçirə və yeni bloka daxil ola bilər". "Trend"in "Bloomberg Bussinesweek"ə istinadən verdiyi məlumata görə, bunu Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, rəsmi Bakı işğalçı ölkə qoşunlarının Dağlıq Qarabağ ətrafındakı Azərbaycan ərazisindən çıxarılması məsələsində Avropa və ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Ermənistana təzyiq göstərməsini istəyir.

 N.Məmmədovun sözlərinə görə, Azərbaycan artıq başqa siyasi ittifaqa qoşulmaq təklifi alıb: "Biz hazırkı məqamda bu təklifləri qəbul etməmişik. Lakin belə davam edərsə, biz bu təklifləri 5-10 il ərzində qəbul edə bilərik. Biz Qərbdən Dağlıq Qarabağ məsələsində dəstək gözləyirik".

 N. Məmmədov qeyd edib ki, Azərbaycan taleyini Qərblə bağlayan yeganə dünyəvi müsəlman ölkəsidir. Bununla yanaşı, o bildirib ki, NATO-nun Əfqanıstana bütün tədarüklərinin təqribən 35 faizi Azərbaycandan tranzitlə həyata keçirilir: "Lakin biz buna cavab olaraq müsbət münasibət görmürük". Ans press

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar