SON XƏBƏRLƏR

Tarixçilər Qondarma soyqırıma görə Türkiyəyə yığışır

2021.10.20, 07:36
Tarixçilər Qondarma soyqırıma görə Türkiyəyə yığışır

Gunaz.tv

GünAz TV: Tarixdə heç bir zaman olmayan uydurma “erməni soyqırımı”nın 100-cü ildönümü yaxınlaşdıqca  Türkiyədə də erməni araşdırmalarının və keçirilən elmi toplantıların sayı artıb.

 

 Belə toplantılardan biri mayın 2-5-də Ərzurumda keçiriləcək. Atatürk Universitetində təşkil olunacaq “Birinci beynəlxalq türk-erməni əlaqələri və böyük güclər” adlı simpoziumda Türkiyə, ABŞ (Amerika Birləşmiş Ştatları), İsveç,  İran və digər ölkələrdən 90-dan çox tarixçi və siyasətşünas iştirak edəcək.

 

Simpoziumda Azərbaycan tarixçisi, millət vəkili Musa Qasımlı xarici ölkələrin arxiv materialları (arşiv sənədləri) və sənədli mənbələri əsasında hazırladığı “Çar (tezar) Rusiyasının isti dənizlərə enmək istəkləri və ermənilər” mövzusunda məruzə ilə çıxış edəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar