SON XƏBƏRLƏR

Vaşinqton İranla bağlı yayılan xəbəri təkzib edib

2021.10.20, 07:36
Vaşinqton İranla bağlı yayılan xəbəri təkzib edib

Gunaz.tv

GünAz TV: Viktoriya Nuland bildirib ki, ABŞ-ın (Amerika Birləşmiş Ştatları) İranın nüvə proqramına münasibəti dəyişməyib.

ABŞ Dövlət Departamentinin (Xarici İşlər Nazirliyi) nümayəndəsi Viktoriya Nuland kütləvi informasiya vasitələrində ölkəsinin İranla kompromisin (uzlaşma) mümkünlüyü məsələsini nəzərdən keçirdiyi barədə yazılan xəbərləri təkzib edib.

Həmin xəbərlərə görə, İrana guya beynəlxaq sanksiyalar (təhrim) tədbiq olunmadan uranı 5 faizədək zənginləşdirməyə icazə veriləcək. Nuland bildirib ki, ABŞ-ın İranın nüvə proqramına münasibəti dəyişməyib və Tehran BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) bir neçə qətnaməsinin tələb etdiyi kimi uranın zənginləşdirməsini dayandırmalıdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar