SON XƏBƏRLƏR

Murtaza Muradpur ETTELAATa çağırılıb

2021.10.20, 07:36
Murtaza Muradpur ETTELAATa çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Murtaza Muradpur Təbrizin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə çağırılıb.

 

2012-ci il aprelin 30-u (1391-ci il ordibeheştin 11-i) ETTELAAT məmurları azərbaycanlı fəalı yaxalamaq üçün onun ata evinə gedib, evdə axtarış apardıqdan sonra onun atasına məhkəmə hökmünü göstəriblər. Hökmə əsasən Muradpur ETTELAATın Təbriz zindanındakı otağına (37-ci otaq) müraciət etməlidir.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal 2009-cu il mayın 22-i (1388-ci il xordadın 1-i) Milli Qiyamın ildönümü ilə bağlı keçirilən yürüşdə Təbrizin Elgölü parkında tutuqlanıb və 3 il həbsə məhkum edilib.

 

Təxmin edilir ki, azərbaycanlı fəalın barəsində çıxarılan hökm onun 3 illik həbs qərarının icrası ilə bağlıdır.

 

Qeyd edək ki, hazırda Murtaza Muradpurun qardaşı Fərdin Muradpur Təbrizin mərkəzi zindanında həbsdədir. Onun barəsində 3 illik həbs qərarı var. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar