SON XƏBƏRLƏR

Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

2021.10.20, 07:36
Azərbaycan prezidenti BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək

Gunaz.tv

GünAz TV: Mayın 4-də keçiriləcək toplantıda terrorizmə qarşı mübarizə və Suriya məsələsi də müzakirə olunacaq.

Mayın 1-dən BMT TŞ-da (Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası) bir ay müddətinə sədrlik Azərbaycana keçəcək. BMT-dəki mənbələrin “Turan”ın müxbirinə verdikləri məlumata görə, mayın 2-də Azərbaycan nümayəndələri öz iş planlarını açıqlayacaqlar. İlkin məlumatlara görə, Azərbaycan tərəfinin prioritetləri (öncəlik) təhlükəsizlik məsələləri olacaq.

Bundan əlavə, Kosovo və Bosniya problemleri üzrə debatlar (münazirələr) keçiriləcək. Mayın 4-də TŞ-nin iclasına dövlət başçısı İlham Əliyev rəhbərlik edəcək. Həmin gün terrorizmə qarşı mübarizə məsələləri üzrə debat olacaq. Ehtimal ki, erməni terroru nəticəsində ölkənin zərər çəkməsi məsələsinə də toxunulacaq.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT radiosuna müsahibəsində bildirib ki, may üçün Şuranın iş proqramı hələ tam razılaşdırılmayıb, lakin məlumdur ki, əsas diqqət Yaxın Şərq və nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanmasına yönələcək.

A.Mehdiyev qeyd edib ki, ölkənin tarixində ilk dəfə olaraq Təhlükəsizlik Şurasına üzvlük və indiki sədrlik Azərbaycan üçün çox böyük önəm daşıyır.

A.Mehdiyev ümidvar olduğunu bildirib ki, şura Kofi Annanın altı bənddən ibarət dəstək planının əsasında Suriya üzrə birliyi saxlaya biləcək. O, Sudan və Cənubi Sudanın üsyançı qruplaşmanı dəstəkləməyə son qoymasına tərəfdar olduğunu bildirib.

Nüvə silahının yayılmamasına gəlincə, daimi nümayəndə bildirib ki, şura KXDR mövzusuna qayıdacaq. Çünki apreldə Şimali Koreya peykinin buraxılmasını pisləyən qətnamə ilə əlaqədar qəbul olunmuş hesabat mayda təşkilata daxil olacaq. İran məsələsinə gəlincə, şuranın mayda iş proqramına bu məsələ daxil deyil.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar