SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Calal Salehpur tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Calal Salehpur tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı öyrənci fəal, şair və yazıçı Calal (Bulut) Salehpur Təbriz ETTELAATının (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

Salehpur Əhər universitetində kompüter üzrə təhsil alır və “Qaya” rəqs qrupunun məsuludur. O, dünən ETTELAAT idarəsinə müraciət edərkən naməlum səbəbdən saxlanılıb.

 

Salehpur 60 milyon tümənlik mülki vəsiqə qarşılığında Təbriz zindanından azadlığa buraxılıb. O, 2012-ci il mayın 7-də (1391-ci il ordibeheştin 18-də) məhkəmədə hazır olmalıdır.

 

Qeyd edək ki, ETTELAAT məmurları son günlərdə dəfələrlə adını çəkdiyimiz azərbaycanlı fəalın ata evinə müraciət etmişdilər. Lakin evdə olmadığı üçün onu yaxalamağa nail olmamışdılar.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar