SON XƏBƏRLƏR

ABŞ İrana uranı 5%-dən zənginləşdirməyə icazə verməyib

2021.10.20, 07:36
ABŞ İrana uranı 5%-dən zənginləşdirməyə icazə verməyib

Gunaz.tv

 ABŞ İrana uranı 5%-dən zənginləşdirməyə icazə verməyib GünazTV:  ABŞ Dövlət departamenti mətbuatda getmiş Vaşinqtonun İrana müəyyən şərtlərlə uranı 5%-dək zənginləşdirməyə icazə verdiyi barədə məlumatı təkzib edib.Los Angeles Times qəzeti 2-3 gün əvvəl Tehranın nüvə obyektlərinin təftişinə və onların istismarına nəzarətə icazə verəcəyi halda ABŞ-ın müəyyən güzəştlərə gedəcəyini yazmışdı. Viktoriya Nuland : Mən bu məlumatın haradan götürüldüyünü bilmirəm. Bəlkə də o gördüyüm uğursuz bir məqalədən götürülüb... Mən deyərdim ki, bizim mövqeyimiz dəyişməz qalır. Biz istəyirik ki, İran beynəlxalq öhdəliklərə əməl etsin, o cümlədən BMT-nin bir neçə qətnaməsinin tələb etdiyi kimi uranın zənginləşdirilməsini dayandırsın», deyib.O qeyd edib ki, İranla münasibətlərin istənilən detalı «altılıq»la danışıqlar zamanı müzakirə olunacaq.2010-cu ilin fevralında İran uranın 20%-dək zənginləşdirilməsinə başlayıb. Ekspertlərin fikrincə, nüvə silahının hazırlanması üçün uran 90%-dək zənginləşdirilməlidir.Beynəlxalq vasitəçilər qrupu - «altılıq» (Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa) 2003-cü ildən etibarən MAQATE ilə birlikdə İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb edirlər. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar