SON XƏBƏRLƏR

Suriyada sular durulmur

2021.10.20, 07:36
Suriyada sular durulmur

Gunaz.tv

GünAz TV: Suriyada imzalanan atəşkəsə baxmayaraq, zorakılıq davam edir. Müxalifətin aktiv olduğu İdlib şəhərinin bir qəsəbəsinə edilən minaatan hücumunda 10 nəfər ölüb.

 

Qərargahı Londonda yerləşən “Suriya İnsan Haqları Mərkəzi”nin məlumatına görə, həlak olanlardan 9 nəfəri bir ailəyə aiddir. İkisi uşaq olmaqla, xeyli insan yaralanıb.

 

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Baş Katibi Pankimun dünən Suriyanın İdlib şəhərində baş verən hücumu və Dəməşqdə baş verən partlayışı qınayıb.

 

Suriya müxalifəti isə hökümət qüvvələrinin təşkil etdiyi hücumlar nəticəsində ölənlərin 10-a yüksəldiyini bildirir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar