SON XƏBƏRLƏR

Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün 10 min yeni qəbir hazırlanıb

2021.10.20, 07:36
Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün 10 min yeni qəbir hazırlanıb

Gunaz.tv

GünazTV: “Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün 10 min yeni qəbir hazırlanıb”.

 

Bu barədə, Tehran şəhər icra hakiminin şəhər xidmətləri üzrə sədr müavini Muctaba Yəzdani aprelin 12-də Tehran Şəhər Şurasının iclasında etdiyi çıxışında məlumat yayıb.

 

Öz çıxışında bu günə qədər koronavirusdan ölənlərdən neçəsinin Tehran qəbiristanlığında dəfn olunduğunu açıqlamayan Muctaba Yəzdani deyib ki, “Covid-19” virusundan ölənlərə, eləcə də yaxın gələcəkdə bu xəstəlikdən həyatını itirənlər üçün daha 10 min yeni qəbir hazırlanıb: “Tehranın “Behişti-Zəhra” qəbiristanlığında koronavirusdan ölənlər üçün ayrıca bir torpaq sahəsi ayrılıb və onlar üçün həmin ərazidə 10 min yeni qəbir qazılıb.

 

Bundan başqa, “Behişti-Zəhra” qəbiristanlığının morqlarının sayı da artırılıb və qəbiristanlıq, soyuducusu olan iki ədəd 12 metrli konteynerlə təchiz edilib” -deyə, Tehran şəhər icra hakiminin şəhər xidmətləri üzrə sədr müavini Muctaba Yəzdani bəyan edib.

 

 Tehran şəhər icra hakiminin şəhər xidmətləri üzrə sədr müavini Muctaba Yəzdani

 

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur aprelin 12-də jurnalistlərə açıqlamasında ölkədə koronavirus qurbanlarının yeni statistikasını yayıb.

 

Son bir sutka ərzində daha 117 nəfərin koronavirus pandemiyasından öldüyünü bildirən Cahanbur, bununla da İranda  “Covid-191 xəstəliyindən ölənlərin sayının 4474 nəfərə, yoluxanların sayının isə 71686 nəfərə yüksəldiyini bəyan edib.

 

İrandakı tibb mərkəzləri isə “Covid-19” pandemiyasından ölənlərin və infeksiyaya yoluxanların sayının ən azı 5 dəfə çox olduğunu bildirirlər.

 

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar