SON XƏBƏRLƏR

Tehran Amerika qırıcılarının bölgədə yerləşdirilməsinə münasibət bildirib

2021.10.20, 07:36
Tehran Amerika qırıcılarının bölgədə yerləşdirilməsinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: İran ABŞ (Amerika Birləşmiş Ştatları) qırıcılarının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) bazada (payqah) yerləşdirilməsini  bölgədə təhlükəsizliyə təhdid adlandırıb.

 

İranın Müdafiə naziri Əhməd Vahidi bildirib ki, f-22 tipli döyüş təyyarələrinin Birləşmiş Ərəb Əmirliklərində yerləşdirilməsi çox təhlükəli, düşünülməmiş addımdır və İranla dünya dövlətləri arasında etimadsızlıq mühatinin yaradılması, həmçinin Tehrana psixoloji (rəvani) təsir xarakterlidir.

 

Əhməd Vahidi əlavə edib ki,bölgədə sabitliyi bərpa etmək yalnız birgə əməkdaşlıqla mümkündür.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar