SON XƏBƏRLƏR

Azərbaycan xarici seriallara Əlvida deyir

2021.10.20, 07:36
Azərbaycan xarici seriallara Əlvida deyir

Gunaz.tv

GünAz TV: Azərbaycan telekanallarında xarici serialların yayımı üçün Milli Televiziya və Radio Şurasının (MTRŞ) qoyduğu müddət dünən başa çatıb. Artıq ölkə telekanallarında xarici serialların yayımı dayandırılacaq.

 MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, xarici serialların yayımının dayandırılması ilə bağlı qərar qətidir və dəyişməyəcək. Onun sözlərinə görə, qərarı pozanlar qanunda nəzərdə tutulan şəkildə cəzalandırılacaq: "MTRŞ-in qərarı televiziyalar üçün məcburidir. Qərarı yerinə yetirməsələr, təbii ki, adekvat (yetərli) addımlar atılacaq”.

 Şura sədri bəyan edib ki, qanuna əsasən, MTRŞ-nın qanunu pozanlara qarşı üç cəza tədbiri var: “Şura qanunu pozanlara xəbərdarlıq edir, cərimə tətbiq eləyir və lisenziyanın (mücəzziv) geri alınması üçün işə başlayır. Qanunu pozanlar üçün bu üçündən biri tətbiq olunacaq”.

 MTRŞ sədri bu qərarın qəbul edilməsində məqsədin Azərbaycan televiziya və serial sektorunu (bəxş) inkişaf etdirmək olduğunu deyib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar