SON XƏBƏRLƏR

“Sabah” qəzeti: "Ermənistan və İran PKK terrorçularını silahla təchiz edir"

2021.10.20, 07:36
“Sabah” qəzeti: "Ermənistan və İran PKK terrorçularını silahla təchiz edir"

Gunaz.tv

GünAz TV: Ermənistan və İran PKK terrorçuları təchiz edir. Rusiya istehsalı olan silahlar ermənistan ərazisindən keçməklə terrorçulara çatdırılır.

İran isə öz istehsalı olan silahları PKK-ya ötürür. Məlumatı Turkiyənin sabah qəzeti yayıb.

Türkiyə təhlükəsizlik qüvvələrinin bir müddət əvvəl Hakkari əyalətində keçirdiyi əməliyyat zamanı bir qrup PKK yaraqlısı məhv edilib, bir neçəsi, o cümlədən bir qadın sağ ələ keçirilib. Saxlanılar bildiriblər ki, silah-sursatı İranın dəstəyi ilə alıblar. Son zamanlar 400-dən çox yaraqlı İran-Ermənistan sərhədinə köçürürülüb. Qeyd edək ki, əvvəllər PKK terrorçularının Ermənistana keçmək üçün seçdiyi marşrutlardan (məsir)  biri məhz Azərbaycanın işğal altındakı əraziləri olub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar