SON XƏBƏRLƏR

Azərbaycanlı həkim 10 il həbsə məhkum edilib

2021.10.20, 07:36
Azərbaycanlı həkim 10 il həbsə məhkum edilib

Gunaz.tv

GünAz TV: Tehranın Evin zindanında 21 ay qeyri-müəyyən vəziyyətdən sonra azərbaycanlı həkim doktor Əsədullah Əsədi barəsində qərar çıxarılıb.

 

Əsədi 10 il müddətinə azadlıqdan məhrum edilib. Qərar şifahi olaraq müttəhimə elan olunub. O, düşməm ölkələrlə əməkdaşlıq və xalq müsəlman partiytasına üzv olmaqda günahlandırılıb.

 

Adını çəkdiyimiz azərbaycanlı ictimai xadim 2010-cu ilin (1389-cu il) yay fəslində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb və hələdə həbsdə saxlanılır. O, saxlanıldığı müddətdə 5 dəfə məhkəməyə çağırılsada, naməlum səbəbdən məhkəmə iclası baş tutmayıb və nəhayət ki, barəsində çıxarılan qərar elan olunub.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar