SON XƏBƏRLƏR

GAMAC və DAKın nümayəndə heyəti ilə Avropa parlamentariləri arasında görüş keçirilib

2021.10.20, 07:36
GAMAC və DAKın nümayəndə heyəti ilə Avropa parlamentariləri arasında görüş keçirilib

Gunaz.tv

GünAz TV: Urmu Gölünün qurudulması siyasəti və Güney Azərbaycanda yaşanan insan haqları problemi Avropada müzakirə olunub.

 

GAMAC-ın (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) təşəbbüsü ilə keçirilən görüşdə,  GAMAC və DAKın (Dünya Azərbaycanlılar Konqresi) nümayəndə heyəti  Avropa Parlameninin İran üzrə Komitə üzvləri ilə görüşüblər. Görüş son günlərdə DAK-ın Birlik Qurultayının keçirildiyi ərəfədə baş tutub.

 

Görüş zamanı Güney Azərbaycandakı son vəziyyət xüsusi ilə İnsan Haqlarının pozulması və Urmu Gölünün İran rejimi tərəfindən qurudulması məsələsi müzakirə olunub. Müzakirə zamanı Urmu Gölünün Azərbaycan və ətraf bölgələrə olan əhəmiyyəti və quruyacağı təqdirdə ondan irəli gələn faciələrə toxunulub. Müzakirələrdən sonra qərara alınıb ki, “yaxın gələcəkdə sözü gedən məsələlər bir daha müzakirəyə çıxarılacaq və bu barədə seminarlar teşkil ediləcək”.

 

Seminarların iyunda (June) keçirilməsi gözlənilir.

 

Qeyd edək ki, Urmu Gölünün qurudulması siyasəti uzun illərdir başlayıb. Son illərdə Gölün qurudulmasının qarşısını almaq üçün azərbaycanlıların mübarizəsi artıb. Bu zəmində müxtəlif fəaliyyətlərlə yanaşı kütləvi etiraz yürüşləri də həyata keçirilib. Yüzlərlə azərbaycanlı Urmu Gölü məsələsinə görə zindanlara salınıb və işgəncələrə məruz qalıb. Mütəxəssislərin fikrinə görə Gölün qurumasının əsas səbəbi Gölə axan çayların üstündə tikilən səddlərdir. Artıq səddlərin sayı 35-ə çatıb. BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) araşdırmalarına görə Gölün quruması ətraf bölgədə yaşayan 76 milyon insanın həyatına öz mənfi təsirini göstərəcək.

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar