SON XƏBƏRLƏR

Suriya hakimiyyəti kimyəvi silahdan istifadə edir

2021.10.20, 07:36
Suriya hakimiyyəti kimyəvi silahdan istifadə edir

Gunaz.tv

GünAz TV: Suriya lideri Bəşər Əsədin silahlı qüvvələrinin müxalifət nümayəndələri və mülki əhaliyə qarşı kimyəvi silahdan istifadə etdiyi ortaya çıxıb.

GünAz TV mətbuat mərkəzinin “Publika.Az”a istinadən yaydığı məlumata görə, yaralı müxalifətçiləri müalicə edən suriyalı həkimlər bəzi yaralılarda görünən yanıq, saç tökülməsi, sümük ağrıları və yaddaş itirilmələrinin rejim qüvvələrinin kimyəvi silahdan istifadə etməsinin nəticəsi olduğunu söyləyiblər.

Həkim Məhəmməd Məhəmməd Humusun Baba Amr bölgəsində fevral (February) ayından marta qədər davam edən mühasirə zamanı yaralanan bəzi müxalifətçilərin kimyəvi silahlar səbəbindən öldüyünü bildirib.

4 gün ərzində bu cür yaralılarla qarşılaşdıqlarını, 12 yaralıdan 2-nin öldüyünü deyən Məhəmməd beynəlxalq qurumlardan bu cür yaralıların müalicəsi üçün yardım istəyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar