Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV: «Xain xoflu olar», yaxud «öz yuvasına hürən tülkü bit basar», biri də «özgə məhəlləsini özününkünə hür»mək kimi atalar sözümüz var. Bunu dədələrimiz öz millətinin, ulusunun haqlı maraqlarına çıxanlara deyiblər.
Əvvəlrdə olub, ancaq Azərbaycan Respublikası (Cümhuriyyəti) müstəqilliyini bərpa edəndən sonra İran İslam Respublikası, Rusiya bir sıra hallarda Ermənistan mövqeyindən ölkəmizə və bütövlükdə millətimizə qarşı hədyanlar danışıb, özlərini rəsmi Tehrandan, Moskvadan çox fars şovnistlərinə, velikorus şovnistlərrinə xidmət edənlər təəssüf ki hələ də tapılır.
Özlərindən razı olan belələri özgə qapsında quyruq bulayanlardır. Bu sayaq vətəndaşlarmızın arxasına düşüb gedənlər də tapılır. Nə isə…
Bir neçə ildir ki, Güney Azərbaycan türkləri Urmiya gölünün quruması və Qərbi Azərbaycan əyalətinin Tehran hakimiyyəti tərəfindən kürdləşdirildiyinə dair həyacanlanmaqdadırlar. Bu bölgənin kürdləşdirilməsi elə Moskva tərəfindən Qafqazda, o cümlədən Azərbaycan torpaqlarının ernəniləşdirilməsinə çox oxşayır.
İki ildir ki, İranda və ondan xaricidəki azərbaycanlılar Urmiya kimi dünya incisinin yox olması ilə bağlı çeşidli etiraz aksiyaları keçirir. 1967-ci ildən Urmiya gölü qoruq elan olunub. Bundan başqa UNESKO da buranı qorunan təbii ərazilər sıransına daxil edib.
Ötən həftə Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən Urmiya və Təbriz şəhərrlərində Urmiya gölünün qurumasına etiraz aksiyası keçirilib.
Həmin etiraz aksiyalarına (yürüşlərinə) qarşı hakimiyyət zor tətbiq edib. İlkin məlumata görə, 200 yaxın aksiyaçı tutulub, 345 nəfər yaralınıb, bir nəfər isə həlak olub.
Yerli müşahidəçilrin məlumatına əsasən, bu tədbirə minlərlə vətəndaş qatılıb. Sayın dəqiq aparılmamasına səbəb yürüşün əsas küçələrdə, bir neçə istiqamətdə keçirilməsi göstərilir.
Baş verən ekoloji problemə hakimiyyətdən də reaksiya (əksüləməl) gəlir. Ötən gün İran prezidenti Mahmud Əhmədinejad Urmiyada olub.
İran parlamentin iki həftə öncəki toplantısında Urmiya gölünün quruması ilə bağlı çeşidli fikrilər səslənib. Deputatların (millət vəkillərinin) söylədiklərində belə nəticə çıxarmaq olar ki, hakimiyyət bu su hövzəsinin quruması ilə barışır və ya onun quruyub məhv olmasını gözləyir.
Bucnurddan olan palament üzvü Musəlrza Sərvətinin söylədikləri bu qənaəti bir daha təsdiqləyir. O, müzakirələ zamanı deyib ki, Urmiya gölü ətrafındakı əhali (əsasən azərbaycanlılar-S.S.) «başqa yerə köçsün, gedib başqa bir işlə məşğul olsun.Bu göl quruyacaq».
M.Sərvəti əlavə daha sonra edib: «Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul vverilsə daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki gölün iki ilə quruyacağını söyləyirsiniz,onda niyə hay-küy salıb, dövləti qınyayırsınız?»
Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı xəbərlər yayırlar.
Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin (büdcə) Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.
Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun «yalan danışdığını» söyləyərək, deyib ki, İran təqvimi ilə bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb.
«Nəsimi Qaradağ» qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib:«Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır».
O, deputatın bu çıxışını qarşıdan gələn parlament seçksi ilə əlaqələndirib: «Seçklər yaxınlaşdığından özlərini yenə məclis üzvü görmək istəyənlər Urmiya gölünün qurulmasından təbliğat vasitəsi kimi yararlanmaq istəyir, bu səbəbdən problemin aradan qaldırılması üçün maliyyə vəsaitini bu məbləğdə göstərirlər».
Məhəmmədhüseyn Fərhəngiyə istinad edən, mətbuat Araz çayından Urmiya gölünə su gətirilməsi layihənin bir milyard dollar lazım olduğunu, ancaq bu ilki büdcədən cəmi 35 milyon dollar ayrıldığını yazıb.
Urmiya gölünün qurumasına İran hakimiyyəti,hökumət və parlament başdansovdu yanaşsa da Güney Azərbaycan əhalisi bu su hövzəsinin məhv olmasına qarşı mübarizəni davam etdirir.
Xatırladaq ki,İran hökumətinin ötən iliki iclaslarından birində Mahmud Əhmədinijatın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası yaradıldığı elan olunsa da ötən 5 ay müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır :«Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik».
Mütəxəssislər isə bildirib ki, qısa bir zamanda Urimya gölündə yaranmış problemlər aradan qaldırılmazsa, bu su hövzəsi xəritdən silinəcək.
Yerli əhalinin məlumatına əsasən, gölün quruyan ərazilərini hakimiyyət artıq paylamağa başlayıb.
Sadaladıqlarımızı öaşa düşməyənlər yaxud, onu başa düşə bilməyənlərdə var. Belələri İrandakı rəsmilərdən, panfarsçılardan da çox bu rejimin «qeyrətini çəkməyə» çalışırlar.
«Azadlıq» radiosu Azərbaycan redaksiyasının «İşdən sonra» verilişinin qonağı olan İlqar İbrahimoğlu müxbirin «Urmiya gölünün qurumasına eiraz aksiyaları» ilə bağlı sualına cavabında özünü «Papadan çox katolik» kimi aparıb. O, bu etiraz aksiyasını «separatçılıq» (bölücülük) kimi dəyərləndirərək, hakimiyyətin ğasıqlarına haqq qazandırıb.
İranın Qəzvin şəhərində İmam Xomeyni adına Beynəlxalq Universitetdə ali təhsil almış bu Azərbaycan vətəndaşının çıxış İslam Respublikasının fars şovnist düşüncəli ideoloqlarının çıxışını xatırladıb. «Separatçılıqdan» danışan İ.İbarihimoğluna yazımızdakı faktları bir daha xatırlatmaq istərdik(çünki bəziləri baş verən həqiqəti görməmək üçün özünü «soğan yeyən» kimi aparır). Əgər bu separatçılıq meylidirsə, o zaman İran prezidenti Urmiyaya məlum məsələ ilə bağlı iki ildə üç dəfə niyə gəlib?Habelə niyə M.Əhmədinijad özünün başçılığı altında bu məqsədlə hökumət komissyaisı yaradıb? Nədən gölün qurumasının qarşısının alınması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb? Yaxud nədən bunun qarşısının alınması ilə bağlı yeni-yeni layihələr irəli sürülür? Və s.
İlqar İbrahimoğlu və onun kimilər İrandakı rejimin dostunu özlərinə dost, düşmənini düşmən bilənlərdəndir. Bu qrupun nümayəndələri 2006-cı ilin mayında türkləri aşağılayan etiraz aksiyaları zamanı da susub, Livandakı (Lübnandakı) hizbudllahı müdafiə edirdilər. Halbuki onda İranın ali rəhbərindən tutmuş, qatı fars şovnistələri belə «İran» qəzetində verilmiş həmin materialı qınadı.
Bu qrupun adamları İrandakı hakimiyyət kimi saxta islam təəssübkeşliyindən çıxış etməyə adət ediblər. Onlar «vətəni sevmək imandandır»ı çoxdan unudublar.Həmin kəsim əzbərlətdirilənləri deməyə, yamsılıdaqları kimi hərəkət etməyə, düşünməyə çalışırlar. Qumdan,Tehrandan alınan təlimatlarla həqiqəti gizlətmək mümkün deyil.Onların müdafiə etdiyi rejimin təmsilçiləri Azərbaycan Respublikasını hədələyəndə, onun iç işlərinə qarışanda da İlqar İbrahimoğlu kimlər öz dövlətinin təəssübünü indiyədək çəkməiyib. Üzü hara olmasından asılı olmayaraq, öz ölkəsinin, millətinin haqlı maraqlarını tapdayıb, yadların yalanını müdafiə edənləri el arasında ən yumuşaq ifadə ilə «satqın» adlandırırlar. Allahı sevirsinizsə, parça-paça olmuş, bir millətin haqlı tələblərrini müdafiə edə bilmirsinizsə, heç olmazsa susun.Yoxsa, yalan danışıb, yabnıların haqqını öz vətənimizdə qormuqla nə boyda günah etdiyinizin fərqindəmisiniz?
Sədrəddin Soltan
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir