SON XƏBƏRLƏR

Suriyalı müxalifətçi: "Bizim üçün əsas silah mənbəyi, onu bizə satan Suriya ordusudur"

2021.10.20, 07:36
Suriyalı müxalifətçi: "Bizim üçün əsas silah mənbəyi, onu bizə satan Suriya ordusudur"

Gunaz.tv

GünAz TV: Suriyanın silahlı müxalifətini nə Türkiyə, nə heç bir ərəb ölkəsi silahla dəstəkləmir.

Bu barədə Trend-ə adının açıqlanmasını istəməyən suriyalı müxalifətçilərdən biri deyib.

Onun sözlərinə görə, "Azad Suriya Ordusu" malik olduğu bütün silahları hökumət qoşunlarından alır.

"Bizim üçün əsas silah mənbəyi onu bizə satan Suriya ordusudur" - müxalifətçi deyib.

Hazırda Suriyada müxalifətin silahlı qanadı olan "Azad Suriya Ordusu" ilə hökumət qoşunları arasında BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Dövlət Birliyinin xüsusi nümayəndəsi Kofi Annanın planı çərçivəsində atəşkəs mövcuddur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar