SON XƏBƏRLƏR

Soydaşlarımız Nyu-Yorkda mitinq keçiriblər

2021.10.20, 07:36
Soydaşlarımız Nyu-Yorkda mitinq keçiriblər

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Türkiyə və Azərbaycan icmaları Times meydanında mitinq keçirib.

ABŞ-ın Nyu-York şəhərində yaşayan Türkiyə və Azərbaycan icmalarının nümayəndələri Times meydanında mitinq keçirib. Türkiyə mediasının məlumatına görə, əllərində Türkiyə, Azərbaycan və Quzey Qıbrıs bayraqlarını tutan və müxtəlif plakatlar daşıyan mitinq iştirakçıları Türkiyənin İstiqlal Marşı və ABŞ-ın Dövlət Himnini oxuduqdan sonra erməni terror təşkilatı ASALA-nın qətlə yetirdiyi insanların xatirəsini anıblar. Ermənilərə qarşı deyil, onların gerçək olmayan iddialarına qarşı çıxdıqlarını deyən “Gənc türklər” Cəmiyyətinin rəhbəri Tolga Tekman hazırda İstanbulda 50 min erməninin azad şəkildə yaşadığını söyləyib. Türk Amerika Dərnəkləri Federasiyasının rəhbəri Ali Çınar isə prezident Barak Obamanın aprelin 24-dəki çıxışından məmnun qalmadıqlarını deyib. O qeyd edib ki,  bu cür tarixi mübahisələr siyasətçilərin işi deyil. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar