SON XƏBƏRLƏR

İran Xarici işlər Naziri salehi, "Bağdat'ta ediləcək görüşmələrdən ümidliyəm" deyib

2021.10.20, 07:36
İran Xarici işlər Naziri salehi, "Bağdat'ta ediləcək görüşmələrdən ümidliyəm" deyib

Gunaz.tv

İran Xarici işlər Naziri salehi, "Bağdat'ta ediləcək görüşmələrdən ümidliyəm" dedi.

GünazTV: İran Xarici işlər Naziri Əli Əkbər Salehi, nüvə proqramları mövzusunda 23 Mayda Bağdadda keçiriləcək görüşmələrin, problemin həllinin başlanğıcı olacağı ümidini dilə gətirdi.

Salehi, Tahranda Ermənistan Xarici işlər Naziri Edvard Nalbandyan ilə görüşdü.

Bağdadda keçiriləcək  görüşmələrlə əlaqədar ümidli danışan Salehi, "Əgər 14 Aprel İstanbul görüşmələrində irəliyə doğru bir addım ata bildiksə, inşallah Bağdad görüşmələrində də bir neçə addım atarıq" dedi.

Viyana Görüşmələrini də Xatırlatdıİran Xarici işlər Naziri, Bağdad görüşmələrindən əvvəl, Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə 13-14 Mayda Viyanada masaya oturacaqlarını da xatırlatdı.

Qarabağ Probleminə Barışçıl Həll Çağırışı EtdiErmənistan ilə münasibətlərə də toxunan Salehi, bu əlaqələri daha da yüksək  səviyyəyə çıxarmaq istədiklərini söylədi və Qarabağ probleminin sülh yolu ilə   həll olmasını istədi .

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar