Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoydur.
- Həbib bəy, bu gün Azərbaycan-türk gəncliyinin fəallığı və milli məsələlərə baxışını necə dəyərləndirirsiniz?
- Sualınızın birinci hissəsi ilə bağlı deyə bilərəm ki, Azərbaycan gəncliyinin fəallığını görmək üçün hansısa bir ictimai birlikdə fəaliyyət göstərmək lazım deyil. Bu məmləkətdə yaşayan hər kəs bilir ki, istər rus işğalı dönəmində, istərsə də, müstəqillik qazandığımızdan sonra Azərbaycan gəncliyi həmişə öz fəallığı ilə fərqlənib. Hətta müxtəlif xarici qüvvələrin həmişə bununla bağlı narahatlığı olub. Lakin gəncliyin milli məsələlərə baxışına gəldikdə isə bu, birbaşa təbliğat aparatlarının (dəstqahlarının) işi necə qurması ilə bağlı məsələdir. Təbii ki, bugünkü dünyanı bürümüş yalan xəbər tufanında gənclərin doğrunu tapa bilməsi, həqiqətə yiyələnməsi o qədər də asan deyil. Hər tərəfdən ölkəmizə soxulan separat (bölücülük) ideologiyalar, mənəviyyatımızı bürümüş mənəvi terror dalğaları altında əziyyət çəkən gəncliyimizin milli məsələlərə tam açıq gözlə baxmasını gözləyəcək qədər də sadəlöhv olmaq olmaz. Gəncliyin milli məsələlərə aydın baxması üçün Azərbaycanda qeyri-hökumət və hökumət ideoloji aparatların fəaliyyətinin durmadan artması lazımdır ki, anti-təbliğata sinə gələ bilək. Lakin zamanla bu məsələni izlədikdə, nikbinlik yaranır. Mən gənclərlə işləməyə üstünlük verən bir hərəkatçı kimi, ölkəmizdə milli düşüncənin sürətlə yayılması və inkişaf etməsini müşahidə edirəm.
- Bu gün cəmiyyətdə tez-tez eşitdiyimiz ifadələrdən biri də, gənclərimiz fəal deyillər, milli məsələlərə biganəlik nümayiş etdirirlər və s. Deyilən fikirlərə münasibətinizi bilmək maraqlı olardı.
- Həmişə nəsillər arasında gizli bir mübarizə, gizli bir çəkişmə olub. Heç yerdə və heç bir dövrdə bir nəsil özündən sonra gələni qəbul etmək istəməyib. Hətta gənclik belə özündən sonra gələn yeniyetmələri qəbul etmək istəmir. Bugünkü gənclik milli məsələlərə nə qədər biganə olsa da, nə qədər passiv (qeyri fəal) olsa da, onu qınayanlardan fərqli olaraq azad bir cəmiyyətdə böyüyüb və müstəqil bir cümhuriyyətin tərbiyəsini aldıqları üçün özündən əvvəlki nəsildən daha aktivdir və milli düşüncəyə malikdir.
Ancaq təbii ki, bu gün dünyada inkişaf etmiş ölkələrin apardığı təbliğat və onlarda olan biganə həyat tərzinə bizdə yaranmış maraq gəncliyimizə ciddi təsir göstərir. Lakin bu da o demək deyil ki, dünya gəncliyi patriotizm (vətənpərvərlik) üzərində formalaşır və bizim gənclik məhv olur. Əsla, dünyanın inkişaf etmiş ölkələrində sorğu büroları öz gəncləri ilə daha həyəcanlı xəbərlər yayır və dövlətləri nə qədər ayıq olsa da, çalınmış bu həyəcan təbillərindən diksinmir. Ancaq mən onun da tərəfdarı deyiləm ki, əcnəbilərin halından təsəlli taparaq susaq. Yenə də biz, bütövlükdə toplum olaraq milli mənəvi dəyərlərin aşağı düşməsinin qarşısını almaq üçün səfərbər olmalıyıq. Həqiqətən də, cəmiyyətdə bu mövzuda xoşagəlməzliklər hədsizdir.
- Hazırda İran Azərbaycana qarşı ideoloji-siyasi təxribat maşını işə salıb. İranın hərbi-siyasi mollakratiyasının üzvləri Azərbaycanın əleyhinə sərt bəyanatlar verirlər. Sizcə, İran Azərbaycandan nə istəyir?
- Əvvəla anti-demokratik ölkələrin hər birində bu cür gərginlik mövcuddur. Çünki ölkəni, xalqı güclə idarəetmə dövlətin özünü stressdə saxlayır ki, bu da birbaşa onun xarici siyasətində də özünü göstərir.
İrana gəldikdə isə, bugün özunu necə adlandırsa da, İran bir fars dövlətidir. Türk toplumu üzərində qurulmuş bir fars dövlətini qorumaq isə, o qədər də asan deyildi. Bütün gücünü hakimiyyətin qorunmasına sərf edən hərbi-siyasi molla rejimi bununla İranı bütövlükdə inkişafdan saxlayırdı ki, ölkənin qonşuluğunda onların əsarətdə saxladığı bir topluma məxsus olan yeni bir türk cümhuriyyətinin qurulması da sanki sarsıdıcı zərbə oldu, İran üçün. İran dövlətinin təbliğatına baxmayaraq, əhalisinin böyük bir hissəsinin İranı deyil də, Azərbaycanı öz dövlətləri hesab etməsi və yeni yaranmış bu türk cümhuriyyətinin qısa zamanda inkişaf edərək yaşayış səviyyəsi baxımından İranı ötməsi və ən əsası İrandan fərqli olaraq Azərbaycandakı demokratik quruluş, soydaşlarımızın bizə marağını, molla rejiminin isə təlaşını artırdı.
Yəni, bunun şərhə ehtiyacı yoxdur ki, hər kəsə aydın olduğu kimi İranın təlaşı sadəcə öz çürük sistemlərinin dağılmasının qarşısını ala bilməmələrindən yaranır ki, bu da yıxılanın səbəb axtarması kimi bir şeydir.
- Dünyada ciddi siyasi dəyişikliklər baş verir və dəyişiklik dalğası sərhədləri aşmaqdadır. Belə olan halda Güney Azərbaycan milli Hərəkatı öz fəaliyyət istiqamətini necə qurmalıdır?
- Diqqət etsəniz, əslində baş verən dəyişikliklərdə bir düzənlilik var. Düşünmürəm ki, hələ sərhədlər aşır. Sərhədlər o zaman aşacaq ki, türk dövlətləri və toplumları güclü bir Türk Birliyini yaratmağa nail olacaqlar. O zaman nə bizim Təbriz, Şuşa və s. kimi yaralarımız olar, nə Türkiyənin PKK, nə uyğurların dünyanın gözü önündə yaşadığı soyqırım və s. O zaman dünyaya da bir ədalət gələr – necə ki, Türklər tarix boyu nə vaxt güclü olublar.
Bu günkü proseslərin (sürəcin) fonunda (zəminəsində) Güney hərəkatımızın istiqamətinə gəlincə isə, təbii ki, mən buna cavab verə bilmərəm. Hərəkat liderləri mövcud şəraitə uyğun fəaliyyət istiqaməti müəyyən edirlər. Mən yalnız onu deyə bilərəm ki, Türk Hərəkatı İctimai Birliyi İranın tarixən olduğu kimi, yenidən bir türk dövlətinə çevrilməsinin tərəfdarıdır.
Söhbətləşdi: Elnur Eltürk
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir