Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV: İran parlamentin ötən həftəki toplantısında Urmiya gölünün quruması ilə bağlı çeşidli fikrilər səslənib.
Deputatların (millət vəkilləri) sölədiklərində belə nəticə çıxarmaq olar ki, hakimiyyət bu su hövzəsinin quruması ilə barışır və ya onun quruyub məhv olmasını istəyir.
Bucnurddan olan parlament üzvü Musəlrza Sərvətinin söylədikləri bu qənaəti bir daha təsdiqləyir. O, müzakirələ zamanı deyib ki, Urmiya gölü ətrafındakı əhali (əsasən azərbaycanlılar-S.S.) «başqa yerə köçsün, gedib başşqa bir işlə məşğul olsun. Bu göl quruyacaq».
M.Sərvəti əlavə daha sonra edib:«Göl ətrafında əkinçiliklə məşğul olanlara vəsait ayırmaqdansa, onların oralardan köçüb getməsinə pul verilsə daha yaxşı olar. Bu vəsaitlə onlar başqa işlə məşğul olarlar. Bir halda ki gölün iki ilə quruyacağını söyləyirsiniz,onda niyə hay-küy salıb, dövləti qınyayırsınız?»
Şərqi Azərbaycan əyalətinin bəzi rəsmiləri Urmiya gölünün qurumasının qarşısının alınması üçün ayrılan maliyyə vəsaitinin həcmi barədə təzadlı xəbərlər yayırlar.
Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın vəsaitin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat verib.
Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun «yalan danışdığını» söyləyərək, deyib ki, İran təqvimi ilə bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb.
«Nəsimi Qaradağ» qəzetinin məlumatına əsasən, vali deputatın dediklərinə işarə edərək, bildirib:«Onun fikrincə, təkcə Araz çayından gölə su gətirmək üçün bir trilyon tümən (bir milyard dollar) maliyyə vəsaiti lazımdır».
O, deputatın bu çıxışını qarşıdan gələn parlament seçksi ilə əlaqələndirib: «Seçklər yaxınlaşdığından özlərini yenə məclis üzvü görmək istəyənlər Urmiya gölünün qurulmasından təbliğat vasitəsi kimi yararlanmaq istəyir, bu səbəbdən problemin aradan qaldırılması üçün maliyyə vəsaitini bu məbləğdə göstərirlər».
Məhəmmədhüseyn Fərhəngiyə istiad edən, mətbuat Araz çayından Urmiya gölünə su gətirilməsi layihənin bir milyard dollar lazım olduğunu, ancaq bu ilki büdcədən cəmi 35 milyon dollar ayrıldığını yazıb.
Urmiya gölünün qurumasına İran hakimiyyəti, hökumət və palament başdansovdu yanaşsa da Güney Azərbaycan əhalisi bu su hövzəsinin məhv olmasına qarşı mübarizəni davam etdirir.
Ötən həftə Azərbaycan Milli Dirəniş Təşkilatı məsələyə dair bəyanat yayıb. Qurum İran rejiminin antiazərbaycan siyasətini sərt şəkildə məhkum edərək, bildirib: «Tehran hakimiyyəti hər zaman Azərbaycanın tarixi və milli varlığına qarşı qərəzli siyasət yürüdüb.
Bucnurddan olan parlament üzvünün çıxışı buna örnəkdir. Bununla rejim Azərbaycan türklərinin dədə-baba torpaqlarından məcburi köçürülməsinə şərait yaradır və bu siyasətin tam ciddiliyi ilə icrasına çalışırlar.
Azərbaycan xaqlı İran hakimiyyəti bu məkrli oyunundan xəbərdardır. Bunun üçün də o, öz milli-maddi və mənvi varlığını qorumaqda israrlıdır.Ona görə də azərbaycanlıların baş verənlərlə bağlı istənilən müqavimətinin məsuliyyətini Tehran rejimi daşıyacaq».
Xatırladaq ki,İran hökumətinin ötən iliki iclaslarından birində Mahmud Əhmədinejadın başçılığı altında Urmiya gölünün problemlərinin araşdırılması ilə bağlı dövlət komissiyası (komsiyon) yaradıldığı elan olunsa da ötən 5 ay müddət ərzində gölün qurumasının qarşısının alınması ilə bağlı bir iş görülməyib. Prezidentin müavini və komissiyanın sədri Məhəmmədrza Rəhimi isə bildirmişdi ki, bu su hövzəsi ətrafında çoxsaylı problemlər yaranıb və onları həll etmək lazımdır :«Yaranan komissiya tarixi gölün problemləri ilə məşğul olacaq və onun quruması səbəblərini araşdıracaq. Gölü xilas etmək üçün biz əlimizdən gələni edəcəyik».
Mütəxəssislər isə bildirib ki, qısa bir zamanda Urimya gölündə yaranmış problemlər aradan qaldırılmazsa, bu su hövzəsi xəritdən silinəcək.
İspaniyada çıxan« Spaniol» qəzeti Urmiya gölü ilə bağlı bəhs etdiyimiz problemdən yazıb. Yazı müəllifi bildirib ki, bu su hövzəsi həcminə görə, İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. Göldəki suyun həcmi isə 20-24 milyard kub metr (metr-i mükəəb) idi. Gölün eni 40 km, uzunluğu 130 km-dir. Dəniz səviyyəsindən 1274 m. yüksəklikdə yerləşən bu su hövzəsinin dərinliyi orta hesabla 5 m-dir. Ən dərin yerinin isə 7 m olduğu bildirilir. Qədim türk dilində bu gölün mənası «suda yaşayış yeri» anlamını verir. Başqa sözlə türklər bu gölün ətrafındakı həmişə yaşadığından Urmiya şəhərinin adına uyğun olaraq, ona bu sayaq ad veriblər.
Bu qəzet həmin ərazidə əsasən Azərbaycan türklərinin yaşadğını onların ana dilində məktəblərinin olmamasından, gölün quruması səbəbələrindən də bəhs edib.
Urmiya gölü də Tehran hakimiyyətinin Güney Azərbaycana ögey münasibətin sonuncunda gözəlləiyini itirməkdədir.
Bu gölə Azərbaycanın çeşidli bölgələindən çaylar axır. Onlardan Acıçay, Sofiçay, Leylançay, Qalaçay, Üsküçay,Tufarqançay,Dərəçay,Sınıxçay və. b. adlarını çəkmək olar. Yağıntı az olsa da bu gölün səviyyəsi aşağı düşməyib. Bunu gölə yeraltı çayların axması ilə əlaqələndirirdilər.
Qışın ən sərt vaxtlarında belə buranın suyu donmur. Çünki su şordur. Bu cəhətinə görə, Urmiya gölü müalicəvi əhəmiyyətə malikdir. Orada boğulmaq təhlükəsidə yox dərəcəsindədir.
İspaniyada çıxan qəzetin yazdığına görə, Urmiya gölündə irili-xırdalı 102 ada var. Adaların ümumi sahəsi 33,640 hektardır. Şahi, Qoyundağı, Əşkdağı, Arzu qismən böyük quru sahələr sayılır. Şahının sahəsi 3525 ha-dır. Əvvəllər burada Saray, Gəmiçi,Teymurlu, Qıpçaq, Burasarlu, Xoralı adlı yaşayış məntəqələri olub. Şahiyə adi məlumatlarda bildirilir Ki, 1979-cu il iqilabına qədər burada 1170 ailə yaşayıb. Hazırda adada yaşayanlar əsasən əkinçilik maldarlıq, gülçülük, bağçılıq, xalçaçılıq və s. işlə məşğul olurlar. Şərfəxana və Gülməxana limanlarında çalışanların çoxunun da Şahidən oduğu haqda məlumat verilir.
Bu ada da iki dağ və Keçiçay adlı çay, şirin sulu 54 bulaq var.
Çox saylı köçəri quş növləri bu adanın bəzəyi sayılır.
İkinci böyük ada Qoyundağdır. Onun uzunluğu 9 km., eni isə 4 km-dir. Sahəsi isə 3175 km-dir. Adanın dəniz səviyyəsindən 1521 m ən yüksəkdədir. Burada daimi axarı olan iki bulaq var. Şirin su, bol otlaq, münasib hava şəraiti burada heyvandarlığın inkişafı üçün əlverişlidir. Bununla yanaşı həmin adalarda turizm üçün də şərait mövcuddur.
Göldə çeşidil köçəri quşlarla yanaşı, ördək, kəklik, yaşılbaş sonna,qaz, ağbaş ördək, habelə dağ keçisi, maral da var. Yadellilərin özbaşına ovçuluğu adanın fanuasına çox ciddi zərbə vurub.
Urmiya gölü və onun palçığı artroz, əsəb, traxoma (traxom), müxtəlif dəri xəstəlikləri, böyrək, həzm sistemi, qadın xəstəliklərinin dərmanı sayılır. Buranın suyu və palçığı da nəzarətsizlik ucbatından talan edilir.
Azərbaycanın bu bənzərsiz su hövzəsi təbii gözəlliyi, şəfalı suyu, saf iqlimi və müalicəvi palçığı ilə yanaşı başqa təbii sərvətlərlə də zəngindir.
1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa UNESKO-da buranın qorunan təbii ərazilər sıransına daxil edilib. Amma təəssüflər olsun ki, Tehran hakimiyyəti kimi BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) bu qurumu da vədinə əməl etmir.
Onu da qeyd edək ki, Urmiya gölünün quruması yalnız Azərbaycan üçün təbii fəlakət deyil, bu həm də dünyanı ekoloji problemlərindəndir.
Beynəxalq ictimaiyyətin diqqətini məsələyə cəlb etmək üçün imzatoplama kampaniyasına başlanılıb. Kampaniyaya qoşulmaq üçün bu ünvana tıklayın:
http://www.ip titions.com/petition/urmugulu
Sədrəddin Soltan
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir