SON XƏBƏRLƏR

İrana 5 faizlik uran icazəsi verilə bilər

2021.10.20, 07:36
İrana 5 faizlik uran icazəsi verilə bilər

Gunaz.tv

İrana 5 faizlik uran icazəsi verilə bilər.GünazTV: ABŞ hökuməti İrana nüvə proqramının inkişaf etdirilməsi məsələsində kompromis təklif etmək niyyətindədir.

Los Angeles Times”ə istinadən məlumata görə, Barak Obama administrasiyasının nümayəndəsi bildirib ki, İran hakimiyyəti nüvə obyektlərinə beynəlxalq müşahidəçiləri buraxsa, ona uranı 5 faizə qədər zənginləşdirməyə icazə verilə bilər.

Qəzet yazır ki, ABŞ aprelin 14-də İstanbulda başlayan danışıqlar prosesin uğursuzluqla nəticələnəcəyindən narahat olduğundan, belə bir kompromis variantı nəzərdən keçirir.

Amerikalı diplomatların fikrincə, İran heç bir zaman uranın zənginləşdirilməsindən tam imtina etməyəcək. Bu məsələdə razılaşma olmaması isə hərbi münaqişəyə gətirib çıxara bilər.

Bununla yanaşı, ABŞ administrasiyasının təklifinin həm Konqresdə, həm də İsrail tərəfindən ciddi tənqidlə qarşılaşacağı şübhə doğurmur.Qeyd edək ki, hazırda İran alimləri uranı 20 faizə qədər zənginləşdirə bilirlər.

Nüvə silahı yaradılması üçün isə uranın 90 faizə kimi zənginləşdirilməsi tələb olunur.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar