SON XƏBƏRLƏR

Bu gün Azərbaycanın işğalı günüdür

2021.10.20, 07:36
Bu gün Azərbaycanın işğalı günüdür

Gunaz.tv

GünAz TV: 28 aprel - işğal günüdür.

1920-ci ilin bu günü Sovet(Şurəvi)-bolşevik qoşunları Azərbaycanı işğal edərək, Şərqin ilk demokratik cümhuriyyətinin müstəqilliyinə son qoyublar.

Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisində sovet hakimiyyəti qurulub və Azərbaycan Sovet imperiyasının tərkibinə birləşdirilib.

Azərbaycan Sovet sosialist respublikası (cümhuriyyəti) 1991-ci il oktyabrın (October) 18-dək fəaliyyət göstərib. Yalnız 71 ildən sonra Azərbaycan xalqı öz müstəqilliyinə qovuşa bilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar