SON XƏBƏRLƏR

İran Amerikaya hədə-qorxu gəlir

2021.10.20, 07:36
İran Amerikaya hədə-qorxu gəlir

Gunaz.tv

GünAz TV: "ABŞ-ın (Amerika Birləşmiş Ştatları) qırıcı təyyarə daşıyan hərbi gəmilərini məhv etmək çox asandır. Onların hazırlanmasında ən müasir texnologiya istifadə edildiyindən içərilərində kiçik bir bombanın partlaması da yetərlidir ki, sistem tamamilə çöksün".  

Bu fikri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH)  hava-kosmik(fəza) qüvvələrinin komandanı (fərmandeh) Əmirəli Hacızadə səsləndirib.

Ə.Hacızadənin yerli Fars agentliyinə açıqlamasında bildirdiyinə görə, İran ABŞ-ın qırıcı təyyarə daşıyıcılarından görüntüləri sadə pilotsuz (xələbansız) təyyarələrin köməyi ilə əldə edir. Komandan 6 min ABŞ əsgərinin hər dəfə Hörmüz boğazını keçərkən böyük qorxu hissi yaşadığını vurğulayıb və deyib ki, qorxan insan İran üçün heç bir təhlükə ola bilməz. Hacızadə qorxu mühitinin İslam Cümhuriyyəti sahillərindəki 430 qanadlı "Tomoqavk" raketi ilə silahlanmış hərbi gəmilərdə də müşahidə olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda körfəzdə ABŞ-ın iki nəhəng hərbi gəmisi keşik çəkir. Ekspertlər (karşünaslar) zərurət yarandığı hallarda onlardan atılacaq mərmilərin İranın nüvə obyektlərini (təsisat) tamamilə yerlə-yeksan edə biləcəyini vurğulayırlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar