Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GünAz TV mətbuat mərkəzi Sabiq dövlət müşaviri politoloq (siyasi şərhçi) Vəfa Quluzadənin “Yeni müsavat” qəzetinə verdiyi müsahibəni olduğu kimi təqdim edir:
“Sabiq dövlət müşaviri Vəfa Quluzadə ilə danışmaq üçün xeyli mövzular vardı. İllərdir Qarabağ mövzusunda şərhlərini aldığımız, gah şərqdən-qərbdən, gah da şimaldan-cənubdan gələn sərt küləklərə daha sərt və ilk reaksiyanı (əksüləməli) verən politoloqla bu müsahibəni zəruri edən yeni mövzular da ortaya çıxdı. Söhbət İrandan Bakıya ünvanlanan növbəti təhdiddən gedir. Beləcə, Vəfa müəllimlə regiondakı (bölgədəki) konfliktlərdən başlayan söhbətimiz demokratiya məsələsinədək uzandı.
- Vəfa müəllim, erməni rejissor (yönətmən, producer) Georqi Vanyan bu günlərdə ölkəsini Azərbaycanın ərazi bütövlüyünü tanımağa, torpaqları işğaldan azad etməyə çağırdı. Bunu erməni cəmiyyətində artıq reallığın dərkinin başlanğıcı kimi yozmaq olarmı?
- Azərbaycanın torpaqlarını işğal edən Moskvadır, ermənilər deyil. Ona görə də erməni deyəndə ki bu torpaqlar Azərbaycanındır və qayıtmalıdır, mən bunu böyük hadisə hesab edirəm. Zənnimcə, Ermənistanda ağlı başında olan adam çoxdur və onlar da belə düşünür. Amma cəzalandırılmamaq üçün fikirlərini özlərində saxlayırlar, bərkdən demirlər. Ancaq diqqət yetirin, görün Dağlıq Qarabağ ətrafında hansı proseslər (sürəclər) gedir. Kazan görüşü uğursuz oldu. Daha sonra baş tutan Soçi görüşünü də uğursuz sayıram. Orda da bir nəticə olmadı. Üstüörtülü bəzi irəliləyişlərin olduğunu dedilər. Bu irəliləyiş nədən ibarətdir, heç kim bilmir. Mən televiziyada prezidentin çıxışına qulaq asdım. Sərt surətdə dedi ki, mövqelər çox uzaqdır, onları yaxınlaşdırmağın üzərində işləmək lazımdır. Bu, o deməkdir ki, ortada heç bir yaxınlaşma və heç bir irəliləyiş yoxdur. Görünür, Medvedyev təzyiq edib, ancaq bizim prezident bu təzyiqləri qəbul etməyib. Ona görə də hər şey sıfır vəziyyətindədir. Dağlıq Qarabağ ətrafında vəziyyət dondurulmuş haldadır. Rusiyanın da mövqeyi Azərbaycana təzyiqlər nəticəsində özünə başqa sahələrdə dividentlər (imtiyazlar) axtarmaqdır. Məsələn, Rusiya istəyir ki, Azərbaycan Nabucco layihəsinə razılıq verməsin. Moskva Azərbaycanın bütün qazını almaq istəyir. O, Azərbaycan-Qərb əlaqələrinin inkişafının əleyhinədir. Əlindən gələni edir ki, bu əlaqələr olmasın. Əminəm ki, Medvedyev İlham Əliyevlə bütün bunlar haqda danışıb. Bunun adını da qoyublar ki, Qarabağ məsələsi müzakirə olunub. Medvedyev yəqin him-cimlə başa salıb ki, Azərbaycan yenə Rusiyanın tərkibində olandan sonra bəlkə Rusiya Qarabağ məsələsinin həllini düşünə bilər. Amma belə vəziyyətdə məsələnin həllini heç ağlınıza da gətirməyin. Rusiyanın mövqeyi budur.
- Deməli, Medvedyevin Soçi görüşündən əvvəlki müsahibəsində Azərbaycana təhdid xarakterli (mahiyyətli) fikirlər işlətməsini də bu mövqeyin tərkib hissəsi kimi qiymətləndirməliyik?
- Bəli. Medvedyev çox küsüb, acıqlanıb. Çünki seçkiqabağıdır, istəyir ki, Azərbaycanın hesabına bir uğura nail olsun. O da ki mümkün deyil. Azərbaycan maraqlarının tapdanması hesabına Medvedyevi niyə prezident seçdirməyə çalışmalıdır? Medvedyev kimdir bizim üçün? Heç kim. Nə Putin, nə Medvedyev, nə də Rusiyanın digər hansısa rəsmi nümayəndəsi bizə hansısa xeyir gətirən deyil. Biz beynəlxalq hüquq baxımından öz mövqeyimizi müdafiə etməliyik. Mən gördüyüm kimi də olur. Prezident yalnız beynəlxalq hüquq mövqelərindən çıxış edir.
- Rusiya prezidentinin qəzəbinin arxasında həm də ölkə XİN (xarici işlər nazirliyi) başçısı Sergey Lavrovun Bakıya gətirdiyi məktuba verilən cavab dura bilərmi?
- Tamamilə mümkündür. Görünür, Lavrov bura gətirdiyi məktuba layiqli cavab alıb. Bu, gülünc deyilmi - hamısı gedib bir yerdə oturub Kazanda söhbət ediblər, ancaq ondan sonra Lavrov ora-bura məktub daşıyır? Bu, onu göstərir ki, Kazan görüşü lap bərbad olub və heç bir nəticə verməyib. Medvedyev isə vəziyyətdən çıxmaq, özünü bir balaca doğrultmaq üçün Lavrovu ora-bura məktublarla qovurdu. Bu da gözlənildiyi kimi, heç bir nəticə vermədi.
- İndiki vəziyyətdə Azərbaycanla Rusiya arasında Qəbələ RLS-lə (radar istqahı) bağlı danışıqlar davam etdirilir. Sizcə, bu məsələ necə həll olunmalıdır?
- Bu suala cavab vermək mənimçün çox çətindir. Çünki Azərbaycan bir balaca güclü olsaydı, Bakı ya Türkiyə, ya Amerika ilə tam ittifaqa girsəydi, yəni bizim bir arxamız olsaydı, Qəbələ RLS-i bağlayardıq. Deyərdik siz özünüz üçün təzə RLS-lər açmısınız, bu isə köhnə olduğundan əhalimizi qırır, xərçəng xəstəliyi geniş yayılıb, ona görə də bu obyekti (təsisatı) bağlayırıq. Amma indi mən bilmirəm Qəbələnin qiyməti nə olacaq? Gücümüz olsaydı, Qəbələ RLS-i təpiklə vurub dağıdardıq.
- Belə vəziyyətdə İrandan Azərbaycana gələn təhdidin arxasında hansı məqsəd dayanır? Burada Qərbin maraqlarına qarşı İran və Rusiyanın razılaşdırılmış addımlarının olduğunu güman edirsinizmi?
- İranın öz maraqları var. İran Azərbaycanda İslam inqilabı etmək və Azərbaycanı tam nəzarət altına almaq, yaxud da özünə birləşdirmək istəyir. Həmin mövqelər də Rusiyadadır. Rusiya da Azərbaycanın Qərb, Amerika, İsrail, Avropa ilə əlaqələrinin əleyhinədir, İran da. Ona görə də biz daim iki tərəfin təzyiqləri ilə üz-üzə qalırıq. Özü də bu, ilk belə basqılar deyil. Yadınıza salın, Heydər Əliyevin vaxtında - 1995-ci ildə Rusiya Azərbaycana embarqo (yaptırım, təhrim) tətbiq etdi. O zaman Həştərxandan, Dağıstandan gələn yolları bağladı, Azərbaycan blokadada (mühasirədə) qaldı. Amma Azərbaycan dözdü və başqa yollar tapıb blokadadan əzab çəkmədi. Dubay, Yaxın Şərq, Tiflis yolu ilə Türkiyə vasitəsilə xaricə çıxış imkanı əldə etdi. Ondan sonra Rusiya peşman oldu və bütün yolları açdı. İran da iki dəqiqədən bir bizi hədələyir ki, Naxçıvanla quru yolunu bağlayacağam. Bir balaca nəsə olan kimi həm Rusiya, həm də İran yolları bağlayır və bizim tacirlər, vətəndaşlar günlərlə gömrükdə günün, yağışın altında qalır, malları xarab olur. Onlar bizə bu cür vasitələrlə təzyiq edir. Ona görə də nə Rusiya, nə də İrandan yaxşı heç nə gözləmək lazım deyil. Əksinə, onların pis əməllərinə hazır olmaq lazımdır.
- 2001-ci ildə İran Azərbaycan sərhədini pozanda Türkiyə qırıcıları Bakı səmasında uçuşlar həyata keçirdi...
- Bəli, bu, nümayişkaranə bir uçuş idi. İran da bunu yaxşı anlayırdı. Məsələ ondan ibarətdir ki, ondan sonra Azərbaycan Türkiyənin hərbi müttəfiqi olmadı, hərbi ittifaq bağlanmadı. Üstəlik bundan sonra Türkiyə ilə Azərbaycan arasında xeyli ziddiyyətlər oldu. Bunlar müsbət şeylər deyildi.
- Belə çıxmırmı ki, həm Rusiya, həm də İran Azərbaycanla Türkiyə arasındakı soyuqluqdan sui-istifadə edir?
- 100 faiz. Ona görə də bu soyuqlaşma yolverilməzdir. Dəfələrlə demişəm, Türkiyə qardaş dövlətdir, amma qardaşlığımızın daha möhkəm olması üçün ikimiz də bir dayağa söykənməliyik - NATO-ya. Türkiyə NATO-nun üzvüdür, Azərbaycan da ona yaxınlaşmaq üçün əlindən gələni etməlidir. İndi hələlik üzvlük mümkün deyilsə, gərək güclü əməkdaşlıq olsun. Amma Azərbaycan NATO məsələsində gah nala vurur, gah mıxa. Gah inteqrasiya edir, gah da deyir ki, biz heç vaxt NATO-nun üzvü olmayacağıq. Onda da kim bizimlə nə istəyirsə, onu da edir.
- Rəsmi Bakı Qoşulmamaq Hərəkatına üzv olsa da, Kremlin basqıları azalmadı. Paralel olaraq Tehrandan da təhdidlər artır...
- Qoy artsın, nə etməli?! Çətin vəziyyətdə yaşayırıq. Qorxub geri çəkilmək çıxış yolu deyil. Geri çəkiləni vururlar.
- İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi səviyyəsində Azərbaycana, onun rəhbərinə qarşı aşağılayıcı fikirlərin səslənməsinin səbəbi nə ola bilər?
- İndi deyirlər ki, guya bu məlumat yanlışdır, düzgün anlaşılmayıb. Amma sözsüz ki, bu, bir qabalıqdır. Özü də İran ilk dəfə deyil belə hərəkət edir. Gah Xəzər dənizini “Mazandaran gölü” adlandırır, gah Azərbaycanı dövlət kimi tanımır, deyir bu, İran ərazisidir. Hələ bayrağımızın tərsinə asılması xırda məsələdir. Xəzərin statusu (hüquqi vəziyyəti) məsələsində İranın tutduğu mövqe də qəbuledilməzdir. İran Xəzərdəki enerji yataqlarımıza da iddia edir. Deməli, İran özünü dost kimi aparmır. Sözdə isə Azərbaycanı borclu çıxarmağa çalışır. Guya Azərbaycanda İslam əleyhinə iş aparılır. Burda İslam əleyhinə heç bir iş getmir. Azərbaycan öz mövqelərini qoruyur. Amma kim ki burda hakimiyyəti devirmək üçün “Hizbullah”ın qurumlarını yaratmaq istəyir, onun qarşısı alınır. Heydər Əliyev həmin təşkilatları vaxtilə sərt addımlarla ləğv etdi, hətta İslam Partiyasını buraxdı və rəhbərini həbs etdi. Fakt budur ki, biz çətin vəziyyətdə yaşayırıq.
- Bu ərəfədə dövlət çevrilişinə cəhddə ittiham olunan dindarların həbsi baş verdi. Tehranın Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəyi doğrudanmı realdır?
- Biz İranla əlaqələri korlamaq istəmirik. Amma İrandan bizə qarşı hərəkətlər görəndə məcburuq ki, bu təxribatlara qarşı ciddi, sərt addımlar ataq. Mən İranın burada hakimiyyəti dəyişmək istəyini real sayıram. Çünki müxtəlif situasiyalar (vəziyyətlər) yarana və o situasiyadan istifadə etmək olar. Yəni bu cür təhlükəyə hazır olmaq lazımdır. Özü də Azərbaycan belə təhlükələri öz gücü ilə dəf etməyə tam qadirdir.
- Azərbaycan rəhbərliyi həmişə bəyan edirdi ki, öz ərazisindən qonşu ölkələrə qarşı istifadəyə imkan verməyəcək. Bəs İran rəsmilərinin son davranışları rəsmi Bakını öz mövqeyinə yenidən baxmağa vadar edə bilərmi?
- Bu, çox qəliz məsələdir. Azərbaycan heç maraqlı deyil ki, onun ərazisindən hər hansı ölkəyə təcavüz, hücum olsun. Bakı axıra qədər də bu mövqedə dayanacaq. Əminəm ki, İran da Azərbaycana heç bir təcavüz etməyəcək. Bu diplomatik mübarizə, söz atışması elə bu şəkildə də qalacaq. Çünki regionda (bölgədə) faktorlar çoxdur. İran aqressiv (saldırqan, mühacim) olsa, onda Azərbaycanın dayağı olan Türkiyə də gərək bu məsələyə qarışsın. Bizim ölkədə və regionda ABŞ-ın (Amerika Birləşmiş Ştatlarının) böyük maraqları var. Onda ABŞ-ın maraqları da öz sərt sözünü deyəcək. Yəni ABŞ gəmiləri Fars körfəzinə gedəcək. Necə ki, vaxtilə getmişdi. Rusiya Tiflisə hücum edəndə böyük hadisə baş verdi. ABŞ hərbi gəmiləri üzüb düz Qara dənizin Gürcüstana aid sularına gəldi. Artıq yol açılıb. ABŞ-ın 6-cı donanması (navqan), raket və təyyarədaşıyan gəmiləri rahatca ora gedə bilər. ABŞ donanması üçün oralara yol artıq tam açılıb. İndi də İran özünü elə aparmasın ki, Amerika gəlib bizim sərhədlərimizdə dursun.
- Suriya və Liviyada (Libidə) baş verənlərin bu qədər uzanması nədən xəbər verir? Dünyanın bu proseslərə adekvat reaksiya (münasib əksüləməl) verməməsini nə ilə izah etmək olar?
- Hiss olunur ki, bu, belə də hesablanıbmış. Çünki hələ neçə ay əvvəl ABŞ mənbələri dedilər ki, Liviyadakı proseslər sentyabra qədər çəkər. Buna baxmayaraq mən hesab edirəm ki, Yaxın Şərqdə Amerika maraqları uduzmayıb, əksinə, qazanıb.
- İndiki situasiyada nə demək olar: baş verənlər Yaxın Şərqlə qapanıb qalacaq, yoxsa digər ölkələrə də təsir göstərəcək?
- Hiss olunur ki, Yaxın Şərqi yeni tərzdə qurmaq cəhdi var. Yəni indiki Yaxın Şərq ABŞ və İngiltərə tərəfindən vaxtilə bax bu cür qurulmuşdu. Diktatura rejimləri və Amerikaya sadiq, yaxud qeyri-sadiq diktatorlar var idi. Amma sonra dəyişikliklər baş verdi. Ənvər Sadat SSRİ-dən (keçmiş Şurəvidən) ayrılıb Amerikanın tərəfinə keçdi. Ondan sonra gələn Hüsnü Mübarək Amerikanın ən yaxın dostu oldu. Həmçinin İordaniya, Yəmən rəhbərləri. İndi ABŞ Suriya, Livandakı “Hizbullah” rejimi və İran “üçlüyünü” dağıtmaq istəyir. İsrail də eyni mövqedədir. Ona görə də Yaxın Şərqdə gedən proses uzun prosesdir və kökləri dərindir. Qərbin də burdakı maraqları çox güclüdür. Bu dəqiqə Yaxın Şərqin yeni dizaynı həyata keçirilir.
- Rusiyanın Liviya ilə bağlı sanksiyalara qoşulması, eyni zamanda Suriyaya silah satışı ilə bağlı Moskvaya edilən müraciət hansı anlamı verir?
- O anlamı verir ki, Moskva da Amerikanın yürütdüyü siyasətin içində olmalıdır. Çünki Rusiya SSRİ deyil, onun başqa bir çıxış yolu yoxdur. Rusiya ABŞ-a, Qərbə, NATO-ya tamamilə zidd siyasət aparmaq iqtidarında deyil. Yalnız əməkdaşlıq lazımdır ki, onlar da bunu edir.
- Belə çıxmırmı ki, hazırda İranın təklənməsi prosesi gedir?
- Bəli, elə ona görədir ki, İran bir qədər əsəbidir. İran bizdən də xofludur. Azərbaycan ərazisindən onun əleyhinə istifadə edildiyini zənn edir. Vaxtilə bizim ölkənin vurula biləcəyi barədə də hədələr olmuşdu. Bu mənada hər an hər şey ola bilər. Yenidən Qarabağ müharibəsi də başlaya bilər. Böyük dövlətlərin qərargahlarında hansı planlar var, biz onları bilmirik, yalnız təhlil edirik.
- Payızda Azərbaycanla Avropa Birliyi arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ciddi müzakirələrin olacağı gözlənilir. Bu mənada Azərbaycandakı proseslərin perspektivi (çeşməndaz) haqda nə deyə bilərsiniz?
- Çox arzu edərdim ki, Azərbaycanın həm Avropa İttifaqı, həm NATO, həm də ABŞ-la əlaqələri gündən-günə güclənsin, yaxşı anlaşma əldə olunsun. Amerika da Azərbaycandan onun bacardığını tələb etsin. Nəzəri baxımdan yanaşsaq, Azərbaycan keçmiş totalitar dövlətin bir hissəsi idi. Azərbaycanda da hakimiyyət totalitar idi, Kommunist Partiyasının hakimiyyəti idi. Ondan sonra biz daha mütərəqqi - avtoritar sistemə keçdik. Totalitardan birdən-birə demokratiyaya sıçramaq mümkün deyil. Necə ki, vaxtilə deyirdilər ki, kapitalizmdən kommunizmə sıçramaq olar. Ancaq bu, mümkün deyildi. Demokratiyaya getmək üçün cəmiyyət dəyişməli, cəmiyyətdə yeni strukturlar qurulmalı, təhsil, məhkəmə, qanunun aliliyini təmin edən böyük islahatlar aparılmalıdır.”
Elşad PAŞASOY / Yeni müsavat
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir