SON XƏBƏRLƏR

Türkiyə parlamentində hicab

2021.10.20, 07:36
Türkiyə parlamentində hicab

Gunaz.tv

GünAz TV: Hacət Eşut parlamentdə and içən ilk hicablı şəxsdir.

Türkiyədə 23 aprel Uşaq günü münasibətilə keçirilən tədbirlər çərçivəsində ölkənin müxtəlif təhsil ocaqlarının nümunəvi şagirdləri Türkiyə Böyük Millət Məclisində (TBMM) şərti millət vəkili kimi toplaşıblar.

 TBMM-də keçirilən tədbirdə müvəqqəti olaraq, deputat (millət vəkili)  mandatı qazanan şagirdlərin andiçmə mərasimi keçirilib.

 Tədbirdə Mehmed Akif Ərsoy liseyini (dəbiristan, orta məktəb) təmsil edən Hacət Eşutun adlı şagird başıörtülü olduğu halda and içməsi Türkiyə mətbuatında rezonans doğurub. Parlamentdə and içməsi ilə bağlı yerli mətbuata açıqlama verən Eşut bunun çox gözəl hiss olduğunu deyib. Eşutun and içməsi parlament sədr Cəmil Çiçək və digər şagird millət vəkilləri tərəfində ayaqüstə alqışlanıb.

 Parlament kürsüsündən Van şəhərində zəlzələdən sonra təhsil sahəsində davam edən problemlərdən danışan Eşut xüsusilə yeni məktəblər inşa etmənin vacibliyini vurğulayıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar