SON XƏBƏRLƏR

Moskvadan Ankaraya Suriya xəbərdarlığı

2021.10.20, 07:36
Moskvadan Ankaraya Suriya xəbərdarlığı

Gunaz.tv

GünAz TV: Suriyanın hədələri ilə bağlı NATO qüvvələrinə müraciət etmə haqqı barədə Rəcəb Tayyip Ərdoğanın xəbərdarlığı Moskvanın narahatlığına səbəb olub.

GünAz TV mətbuat mərkəzinin BBC-yə istinadən yaydığı məlumata görə, Bu barədə fikirləri ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bölüşüb.

“Biz Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın bəyanatında Suriyadan gələn hədələrlə bağlı NATO üzvlərinin kollektiv müdafiəsi barədə Vaşinqton müqaviləsinin 5-ci maddəsinə istinad etmək haqqının özündə saxlamasının 2-3 dəfə dilə gətirməsinə reaksiya (əksüləməl) vermək istərdik. - Moskvada keçən brifinqdə (cələsə) Aleksandr Lukaşeviç deyib. – Belə bəyanatları biz təbii ki, narahatlıqla qarşılamışıq”.

Rusiya diplomatı Suriya probleminin hərbi çözümündən vaz keçməyə çağırıb.

Aleksandr Lukaşeviçin sözlərinə görə Suriya yeni atəşkəs planı üzrə öhdəliklərini yerinə yetirməlidir.

“Hərçənd ki, Suriyada mahiyyətcə bölgəsəl miqyaslı terror taktikasına keçən yerli qruplar da mövcuddur”, Rusiya diplomatı deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar