Tehranda Azərbaycana qarşı aksiya keçirilib
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq
İsrail və ABŞ seçkiləri: Səsvermədən sonra İranla müharibə ehtimalı artacaqmı?
İran Futbol Liqası qadınların futbol oyunlarına kişilərin girişini qadağan edib
Lavrov: Rusiya və İran arasında strateji əməkdaşlıq davam etdiriləcək
Bombalı hücum xəbərdarlığı: İsraildən yola düşən sərnişin təyyarəsi Bolqarıstanda məcburi eniş edib
Dövlət əleyhinə açıq çağırışlar yayılması ilə bağlı daha 7 nəfər barəsində beynəlxalq axtarış elan edilib
Tehran Universitetində hicab işçi qrupu yaradıldı: Tələbələrin geyiminə qapalı qapılar arxasında nəzarət cəhdi
Üç həftə ərzində İranda yetmiş məhbus edam edilib
Netanyahu İrana hücumun pərdəarxasını açıqladı
İran səfiri Almaniya Xarici İşlər Nazirliyi-ə çağırıldı
İsrail XİN rəhbəri: İran Fransaya sərbəst toplaşmaq hüququndan dərs keçərkən öz ölkəsində etirazçıları edam edir
İranı dərhal tərk edin!- ABŞ xəbərdarlıq etdi
Kərəc həbsxanasında siyasi məhbus öldürülüb
Müharibə ehtimalı İranda biznes fəaliyyətini iflic edir — deputat
Munir Tehrana səfər edəcək
Ərəb körfəzi ölkələri husiləri terror təşkilatı kimi tanımağa çağırıb
Sergey Lavrov Tehranda İranın xarici işlər naziri ilə görüşəcək
Berlində keçirilən aksiyada İran bayraqları qaldırılıb
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
“Traxtur” klubunun və sahibinin irqçi təhqirlərlə bağlı rəsmi reaksiyası
“Mələvan” və “Traxtur” komandalarının oyunu azarkeşlərin Güney azərbaycanlı türklərin kimliyinə qarşı irqçi şüarlarına görə ləğv edildi
Mehrdad Əxlaqi İranın müdafiə naziri oldu
Ərəb Körfəzi Əməkdaşlıq Şurası: Tehranın addımları Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini hədəfə alır
Ermənistan işğalından Xudafərin körpüsünün azad edilməsindən altı il ötür
Vens: Müharibə davam etməlidir
Həsənu meşələrinə mədən texnikası yenidən qayıdır: Yəzdin Ərdəkan Polad Şirkəti və İranın Atom Enerjisi Təşkilatının adı çəkilir
Kürd “Ronahi” komandasının üzvlərinin Qoşaçayın “Ümidafrin” komandasının üzvlərinə hücumu (Video)
Netanyahu: İran rejimi xərçəng kimidir, ondan qurtulmasaq, geri qayıdacaq
İsrail müdafiə naziri: İranla işimiz bitməyib, bu dəfə enerji obyektlərini də hədəfə alacağıq
Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
GüzAz TV: İran İslam Respublikası (Cümhuriyyət) Xarici İşlər Nazirliyində İnsan Haqları üzrə mərkəz Qərbdə «islamofobiya» ilə bağlı hesabat hazırlayıb.
Orada dini azlıqda olan müsəlmanların haqqının «tapdanmasına dair halların artdığı» vurğulanıb. Qərbdə, o cümlədən ABŞ (Amerika Birləşmiş Ştatları), Britaniya, İsveçrə,Fransa, Avstriya və Avstraliyada müsəlmanların hüquq pozuntuları ilə yanşı, Belçika və Fransa da baş örtülərinin, niqabın qadağan olunması haqda qanunun qəbul ediləcəyi də həmin sənəddə qeyd olunub.
Bundan başqa Tehran hakimiyyəti Qərbi dözümsüzlükdə ittiham edib və s.
Ölkə parlamentinin milli təhlükəsizlik komissiyasının təmsilçisi İbrahimi bildirib ki, məclis üzvlərindən ibarət nümayəndə heyətini İngiltərədə insan haqlarını araşdırmaq üçün göndərməyə hazırdırlar.O, Brityniyadan bu məsələdə iranlılara əngəl olmaycağını istəyib. İbrahimi bu heyətin İngiltərədə siyasi məhbuslarla görüşəcəyini və hazırlayacağı hesabatı beynəlxalq qurumlara göndərəcəyini söyləyib.
Təbii ki insanların dinə, inancına görə təqib edilməsi bütün qanunlarla yolverilməzdir. Habelə İran İslam Respublikasının insan haqlarından bəhs etməsi özü-özlüyündə az qala sevindirici bir olay təsiri bağışlayır. İndiyə kimi ölkə Xarici İşlər Nazirliyində belə bir mərkəzin fəaliyyət göstərdiyindən belə bəlkə də heç ölkə ictimaiyyətinin də xəbəri olmayıb. Tehranın bu sayaq sənədə qəbul etməsi «özünü göstərməyə» daha çox oxşayır. Bununla İran rəhbərliyi yenə də «müsəlmanların müdafiəçisi» rolunu ifa etməyə çalışır.
Madam ki İran hakimiyyəti insan haqlarına diqqət göstərib, fürsətdən istifadə edərək, bu məsələ ilə bağlı bir sıra məsələləri yada salmaq istərdik.
Tehran hakimiyyət yalnız atom-nüvə proqramında şəffaflığı təmin etməməsi ilə deyil, eləcə də insan haqlarını pozmasına görə, beynəlxalq ictimaiyyətin kəskin tənqidinə, yasaqlarına məruz qalır.
Bu yaxınlarda Avropa Birliyini (AB) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketirin Eşton məsələyə dair bəyanat vermişdi:«AB ölüm hökmü icra olunan İranı, eləcə də başqa dövlətləri bu hökmün yerinə yetirlməsini dayandırmağa və onunla bağlı mortoriumu qəbul etməyə çağırır».
Xatırladaq ki, iyunda BMT-nin (Birləşmiş Millətlər Təşkilatının) İnsan Haqları üzrə Şurası Maldivinin keçmiş xarici işlər naziri Əhməd Şahidini İranda insan haqlarının vəziyyəti ilə bağlı xüsusi mərzəçisi təyin edib. 10 ilə yaxındır ki, bu vəzifə boş qalmışdı. Şura İranda müxalifətin təqib edilməsi və ölüm hökmlərinin çoxluğundan rahatsızlığını da bildirib.
BMT Tehran hakimiyyətini xüsusi mərzuzəçi ilə əməkdaşlıq etməyə çağırıb.
İslam Respublikasının çeşidli qurumları məruzəçiyə qarşı çıxmaqdadır.
Elə təyinatdan sonra İran parlamentinin deputatları (millət vəkilləri)- Məhəmməd Kərim Abidi və Zöhrə İlahian jurnalistlərə açıqlamalarında Əhməd Şahidi qəbul etməyəcəklərini bildirmişdilər.
Ölkə məclisi insan hüquqları komitəsinin sədr müavini Məhəmməd Kərim Abidi demişdi: “Bizim komitə keçirdiyi bir neçə iclasda bu şəxs barədə müzakirələr aparıb. Onun ölkəyə buraxılmaması barədə qərar gqəbul etmişik”.
Z.İlahian isə nümayəndə təyin etməsinin arxasında gizli və qərəzli siyasi məqsəd yatdığını vurğulamışdı: “ Maldivinin keçmiş xarici işlər naziri Əhməd Şahid müsəlman olsa da, onu qəbul etmək mümkün deyil. O, yalnız bir turist kimi İrana gələ, ölkənin müxtəlif tarixi və görməli yerlərini ziyarət edə bilər”.
Bu günlərdə isə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki,rəsmi Tehran BMT-nin insan haqları üzrə özəl məruzəçisini ölkəyə buraxmayacaq.Onun sözlərinə görə, məruzəçinin təyini «siyasi və qanunsuz addımdır».
Əhməd Şahidi İran rəhbərliyinə müraciət edərək, ölkədə insan haqlarının pozulması ehtimalını araşdırmaq üçün ölkəyə gəlməsinə icazə istəyib.
İnsan haqları üzrə Şura BMT-nin İsan Haqları üzrə komissiya əsasında 2006-cı ildə təsisi olunub. Şuraya üzvlər quruma üzv olan dövlətlərdən Baş Assambleyada (məcmə ümumidə) seçilir.
BMT-nin açıqlamasına görə, İran İslam Respublikası 2005-ci ildən bu yana qurumun nümayəndələrini İrana buraxmır.
İslam Respublikasında da dini azlıqların təmsilçiləri təqib edilməkdədir.
Ötən ay Amol şəhərinin zindanında saxlanan bəhai Huşəng Fənaiyan “Ziyafət” adlı dini iclaslara qatılmaqda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə təqsirli bilinib.
İlkin məhkəmədə Huşəng Fənaiyana dini rəhbəri təhqir ittihamı irəli sürülsə də, apellyasiya məhkəməsi (dadqahe təcdide nəzər) bu ittihamı götürüb. Məhkəmənin qərarı ilə Huşəng Fənaiyan bəhailikdə, sistemə qarşı təbliğatda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə günahlandırılaraq 4 illik həbsə məhkum edilib.
Vəkil Əbdülfəttah Sultani isə jurnalistlərə açıqlamasında müvəkkilinə qarşı irəli sürülən ittihamlara və onu verilən cəzaya etiraz bildirərək məhkəmə iclasına buraxılmadığını bəyan edib.
2009-cu ilin oktyarbrında İran İnqilab Məhkəməsinin Rəştdəki şöbəsi 32 yaşlı xristianlığın (məsihiliyin) protestant (protestan) təriqətinin keşiş Yusif Nadirxaniyə ölüm hökmü çıxarmışdı. O, «mürtədlikdə» və «müsəlmanlar arasında xristianlağı təbliğdə» suçlandırılırdı.
İranın ali məhkəməsi bu hökmü ləğv edib. Məhkumun vəkili Məhəmmədəli Dadxah deyib:«Müttəhim hərəkətlərinə, dinini dəyişdiyinə görə tövbəyə çağrılıb. Yenidən baxılması üçün iş geriyə, sakini olduğu şəhərə, Rəştə göndərilib». Başqa sözlə, o, etdiyi «cinayətə» görə, tövbə edərsə, barəsində qaldırılmış iş ləğv oluna bilər.
Hazırda Yusif Nadirxaninin 32 yaşı var. O, 19 yaşındaikən islamdan xristanlığa keçib. Bundan sonra hazırda «İran kilsəsi» adlanan yevangeliya icmasının keşişi olub. Y.Nadirxaninin xanımı Fatimə Pəsəndidə də xristianlığı qəbul etdiyi üçün barəsində ilkin olaraq, ömürlük həbs cəzası çıxarılmışdı.Ötən ilin oktyabrında Appeliyasi məhkəməsinin qərarından sonra o, sərbəst buraxılıb. Onların iki az yaşlı övladı var.
Vəkil M.Dadxah bildirib ki, o, özü də İnqilab Məhkəməsinin Tehrandakı şöbəsi tərəfindən «İslam rejiminə qarşı fəaliyyət və təbiliğata görə»10 azadlıqdan məhrum edilib, ona 10 il hüquq işlərlə məşğul olmaq və universitetlərdə bu fənnin tədrisi yasaqlanıb: «Mən Nobel mükafatı laureatı Şirin İbadi ilə İranda uşaq hüquqları və qadın haqlarınının qorunması yönündə əməkdaşlıq etdyimə, ölkə demokratiyanın inkişafı uğrunda mübarizə apardığıma, xarici radio stansiyalara müasihbə verdiyimə görə ittiham olunuram. Appelyasiya məhkəməsini müraciət etmək üçün mənim iki həftə vaxtım var» .
İnsanaları dini inanclarına və ya vicdan azadlığına görə, təqib edib, onları cəzalandıran hakimiyyət islam dini məzhəblərinin təmsilçiləri arasında da ayrı-sekçilik qoymaqdadır. Bu hakimiyyət təmsilçiləri tərəfindən də etiraf edilir.
İş o yerə çatıb ki, tək allahlı olmayan Yaponiyanın iri qaldırıcı kranlar (cərəssəqillər) istehsal edən “Tadano” şirkəti İranla bağladığı bütün müqavilələri ləğv edib. Şirkət bunu İranın onlardan aldığı kranlardan edamlar zamanı istifadə etməsi əsaslandırıb.
Yaponiya hökuməti İrandakı ictimai edamlarda “Tadano” şirkətinin istehsal etdiyi qaldırıcı kranlardan istifadə edildiyi üçün rəsmi Tehrana etiraz bildirib. Bundan sonra “Tadano” şirkəti İrana kran satmaqdan imtina edib və bu ölkə ilə bağladığı bütün müqavilələri ləğv edib. Qeyd edək ki, 2004-cü ildə 16 yaşlı yeniyetmə qız bu krandan asılımışdı.
Odur ki, Tehranın öz vətəndaşlarına qarşı amansız davrınışı qarşılığında Qərbi azlıqda olan «müsəlmanların haqqının» müdafiəçisi kimi çızış etməsi çox gülünc görünür.
Sədrəddin Soltan
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İsrail prezidenti Azərbaycana gəldi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Rusiyalı mütəxəssislər İrana getdi
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır
Yəhudi əsilli şagirdlər də vahid geyim formasına riayət edir