SON XƏBƏRLƏR

Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı

2021.10.20, 07:36
Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı

Gunaz.tv

Ukraynada 10 yerdə partlayış baş verdi: 27 yaralı

GünazTV: Bu gün Ukraynanın Dnepropetrovsk şəhərində baş verən partlayışların və yaralıların sayı dəqiqləşib.

Məlumatlara  görə, Dnepropetrovsk şəhərində 20-30 dəqiqə intervalla 10 partlayış baş verib, 27 nəfər yaralanıb.Ukrayna Daxili İşlər Nazirliyi Dnepropetrovskda operativ qərargah yaradıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə əhalinin sıx olduğu yerlərdə şübhəli predmetləri yoxlayırlar. Hüquq-mühafizə orqanları əsasən zibil qutularını yoxlayır. Çünki baş verən partlayışlar zamanı partlayıcı qurğuların zibil qabına yerləşdirildiyi məlum olub.

Hüquq-mühafizə orqanları əhalini diqqətli olmağa, şübhəli predmetlər görərkən operativ qərargaha müraciət etməyə çağırıb. Şəhərin küçələrində “Berkut” xüsusi təyinatlıları zirehli maşınlarda növbə çəkirlər.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar