SON XƏBƏRLƏR

İranli casus hidistandan qovuldu

2021.10.20, 07:36
İranli casus hidistandan qovuldu

Gunaz.tv

İranli casus hidistandan qovuldu 

GünazTV:Puna Mirror qəzetinin xəbərinə görə Hindistanda casusluq edən İran vətəndaşı deportasiya edilib.  Hindistana tələbə qismində gələn Həmid Kəşküli Puna şəhərində yerləşən İsraillərə aid obyektləri, yəhudi dini mərkəzini, eləcə də şəhərdə yaşayan yəhudiləri izləyib. 

Şübhəli davranışlarına görə Puna polisləri tərəfindən saxlanılan H. Kəşkülinin İrana casusluq etdiyi məlum olub.

 İstintaqa cəlb olunan casusun yəhudilər haqqında məlumatlar əldə edərək foto və məktublarla Tehranda fəaliyyət göstərən kəşfiyyatçılara ötürdüyü öyrənilib. 

Yeni Dehli və başqa şəhərlərlə də əlaqəsi olan H. Kəşkülinin casusluq etməsi ilə bağlı dəlillər əldə edəndən sonra ölkədən deportasiya olunub. Hadisə təxminən 1 ay əvvəl baş versə də, xəbər aprelin 26-da Hindistanın yerli mətbuatında yayılıb.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar