SON XƏBƏRLƏR

Ban ki-Moondan Suriyaya növbəti xəbərdarlıq

2021.10.20, 07:36
Ban ki-Moondan Suriyaya növbəti xəbərdarlıq

Gunaz.tv

GünAz TV: Suriya hakimiyyəti təcili olaraq qoşunları və ağır texnikanı şəhərlərdən çıxarmalıdır. Bunu BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) baş katibi Ban ki-Moon bildirib.

 

Baş katib deyib ki, Suriyada şəhərlərin artilleriya (topxana) atəşinə tutulması və hələ də ağır texnikanın qalması barədə BMT müşahidəçilərindən daxil olan məlumatlardan ciddi narahatdır. Ban ki-Moon qeyd edib ki, bu, Suriya hökumətinin götürdüyü öhdəliklərə ziddir.

 

Aprelin 26-da ABŞ-ın (Amerika Birləşmiş Ştatları) BMT-dəki nümayəndəsi Susan Rice Suriya hakimiyyətini Hama və başqa şəhərlərdən hərbi texnikanı çıxarmamaqda ittiham etmişdi. Bildirmişdi ki, bu vəziyyət dəyişməsə, ABŞ BMT Təhlükəsizlik Şurası qarşısında Suriyaya qarşı yeni sanksiyalar (təhrim) tətbiq olunması məsələsini qaldıracaq. Azadlıq radiosu

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar